Avqust 18, 2025-17:59
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

Tədqiqatçı Adıgözəl Məmmədovun “Avrasiya uğrunda mübarizə. “Psixogeosiyasət”kitabı işıq üzü görüb.

2023:11:28 - 12:58
in GÜNDƏM
A A

Azərbaycanlı tədqiqatçı Adıgözəl Məmmədovun “Avrasiya uğrunda mübarizə. Psixogeosiyasət” adlı yeni kitabı işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, müəllif nəşrdə dünya siyasəti, o cümlədən cari geosiyasi tendensiyalar, beynəlxalq münasibətlərin formalaşdırılmasında psixoportretologiyanın və xalqların xarakterinin təsiri ilə bağlı geniş mövzular dairəsinə nəzər salır.

Adıgözəl Nuru oğlu Məmmədov uzun illər psixoportretologiya, mental portretologiya və geosiyasət sahələrində lider mövqe tutan tanınmış analitikdir. Geosiyasət və onun müxtəlif komponentləri, o cümlədən coğrafiya, politologiya, xalqların psixologiyası, iqtisadiyyat və beynəlxalq münasibətlər sahəsində dərin bilikləri ona mürəkkəb geosiyasi məsələləri və ssenariləri təhlil və interpretasiya etmək imkanı verir.

Kitabda müasir hadisələri qabaqcadan görmək və xarici siyasətdə əsaslı qərarları qəbul etməkdən ötrü geosiyasi tendensiyaların başa düşülməsinin əhəmiyyəti vurğulanır. Bir neçə əsas tendensiya, o cümlədən Çinin böyük dünya ölkəsi kimi yüksəlməsi, qeyri-dövlət subyektlərinin təsirinin güclənməsi, eləcə də Yaxın Şərq və Cənub-Şərqi Asiya kimi regionlarda yeni regional güclü ölkələrin əmələ gəlməsi tədqiq olunur. Müəllif etiraf edir ki, qloballaşma beynəlxalq münasibətlərə özünün həm müsbət, həm də mənfi təsirini göstərib. Belə ki, qloballaşma böyük iqtisadi qarşılıqlı əlaqələrə və mədəni mübadiləyə gətirib çıxarsa da, o, həm də resurslara görə rəqabətin və münaqişələrin güclənməsinə səbəb olub. Nəşrdə tarixi, mədəni, mental-sosioloji amillərin, texnoloji innovasiyaların və işləmələrin geosiyasi vəziyyətə və geosiyasi proseslərə təsiri dəyərləndirilir. Kitabda qlobal aktorların strategiyaları, bu böyük ölkələrin öz maraqları naminə, o cümlədən hərbi müdaxilə, iqtisadi məcburiyyət və psixogeosiyasət kimi yumşaq qüvvələrin təşəbbüsləri kimi istifadə etdikləri strategiyalar nəzərdən keçirilir.

Müəllifin sözlərinə görə, psixogeosiyasət həyati vacib və sürətlə inkişaf edən sahə kimi beynəlxalq münasibətlərin formalaşmasında coğrafi, mental, siyasi və digər amillər arasında qarşılıqlı əlaqələri anlamağa çalışır. Onun mahiyyəti adıçəkilən amillər arasında qarşılıqlı əlaqələri anlamaq və bu anlayışdan strategiyanın formalaşdırılmasında istifadə etmək imkanı verir.

Adıgözəl Məmmədovun müasir geosiyasi tendensiyalar barədə yeni əsərindən alimlər, siyasətçilər və qlobal nizamı formalaşdıran qüvvələrin anlayışı ilə maraqlanan hər kəs yararlana biləcək.

Kitabın redaktoru N.Xidirov, elmi redaktoru tarix elmləri doktoru, BDU-nun professoru İ.Məmmədov, resenzent – filologiya elmləri üzrə fəlsəfə doktoru, Azərbaycanın Əməkdar jurnalisti İlqar Paşazadədir.

Əvvəlki Yazı

Azərbaycanda MAXE, gizir və miçmanlar üçün xidmətdə olmağın son yaş həddi artırılır

Növbəti Yazı

İqtisadiyyat naziri “Agro-Pack Turkmenistan 2023” beynəlxalq sərgisində iştirak edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.