Avqust 13, 2026-16:44
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Din və fəlsəfə

QMİ sədri: Süni intellekt zəkalı olsa da, ruhu olmadığından ibadətdə insanı əvəz edə bilməz

2026:06:26 - 16:17
in Din və fəlsəfə
A A
Müasir dövrdə bəşəriyyətin varlığına təhlükə yaradan problemlərin əsas mənbəyi ilahi düzənin pozulması cəhdləri, insanların mənəvi-əxlaqi köklərindən ayrılmasıdır.

“Report” xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə “Dinlər Sülh Uğrunda” təşkilatının 2026-cı il Ümumdünya Şurasının “Müştərək Mübarək Tərəqqiyə Doğru Yolların Qurulması” mövzusunda toplantısında deyib.

O bildirib ki, QMİ dini mərkəz olaraq, dinlərarası dialoq və əməkdaşlıq müstəvisində bütün beynəlxalq platformalarda bu mövqeni fəal müdafiə edir:

“Zəmanəmizdə mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də süni intellekt fenomeninin həyatımıza nüfuz etməsi ilə bağlıdır. Rəqəmsal texnologiyaların hədsiz inkişafı dövründə bu yeniliklərin həyatımızın bütün sahələrinə sərhədsiz sirayət etməsi yeni imkanlarla yanaşı bir çox fəsadlar yaradır. Bu məsələdə ən mühüm olan mənəvi-etik hədlərin gözlənilməsi, yaranma ehtimalı yüksək olan fəsadların önlənməsi və ən əsası, şəri-dini hökmlərin verilməsi zamanı insan intellektinə üstünlük verilməsidir.

İslam elm və maarifi təşviq edən mütərəqqi dindir. Biz, din xadimləri, dindarlar da süni intellektin imkanlarından istifadə etməliyik. Süni intellekt insan hüquqları müstəvisində nəzərdən keçirilərkən mühüm məqam, dini dəyərlərin süni intellektə inteqrasiyası zamanı Allahla bəndəsi arasında olan ibadət azadlığına xələl gəlməməsidir. Biz din xadimləri insanlara bu həqiqəti çatdırmalıyıq ki, süni intellekt zəkalı olsa da, ruhu olmadığından ibadətdə insanı əvəz edə bilməz. Süni intellektin elm, təhsil, texnika, tibb, xidmət sektoru, istehsal və sair sahələrdə olduqca böyük imkanları var və bəşər övladı bu imkanlardan yararlanmalıdır”.

QMİ sədri beynəlxalq tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycanda multikulturalizm və məzhəblərarası anlaşmanın unikal modeli bizim həyat tərzimiz, dövlətimizin siyasəti və bütün dünya üçün uğurlu birgəyaşayış örnəyidir. Ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycan dövləti bu gün işğaldan azad olunmuş Qarabağda quruculuq işləri və əhalinin qayıdış layihələrini həyata keçirir, ekosid və urbisidin nəticələrini aradan qaldırır, bölgədə sülh və tərəqqi yönündə real səy göstərir.

Əvvəlki Yazı

Azərbaycan Silahlı Qüvvələri Günü: tarixi inkişaf yolu

Növbəti Yazı

Şənbə günü leysan yağacaq, güclü külək əsəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.