Vaşinqtonda İsrail və Livan arasında nizamlamaya dair üçtərəfli çərçivə sazişi imzalanıb. Sənədi ABŞ dövlət katibi Marko Rubionun iştirakı ilə Amerika, İsrail və Livan rəsmiləri imzalayıblar.
“Bu gün xoş bir gündür. Livanın suveren hökuməti ilə əlbəttə ki, İsrail hökuməti arasında ABŞ-ın vasitəçiliyi ilə çərçivə sazişinin imzalandığını elan etməkdən məmnunuq. Bu, davamlı sülh və təhlükəsizlik üçün çərçivə yaratmağa başlayır. Hər iki ölkə buna layiqdir”, – deyə Rubio bildirib. “Bu gün burada bütün tərəflərə dediyim kimi, bu, başlanğıcın başlanğıcıdır. Görüləsi çox iş var. Qarşımızda duran vəzifəni qiymətləndirməmişik. [Amma] ilk addım bəzən ən çətin olur”, – deyə ABŞ dövlət katibi qeyd edib.
Sazişi Vaşinqtonda İsrail və Livan səfirləri imzalayıb. Mərasim Dövlət Departamentində baş tutub.
