Serbiya prezidenti Aleksandr Vuçiç Belqradda tərəfdarlarının mitinqində çıxış edərək bildirib ki, ölkə Rusiya və Çinlə dostluğundan əl çəkməyəcək, lakin Aİ-yə üzvlük yolunda “öhdəliklərini yerinə yetirəcək”.
Vuçiç qeyd edib ki, “Biz Avropa yolunu tuturuq. Lakin, məsələn, Çin və Rusiya ilə dostluq münasibətlərini pozmayacağıq. Çətin anlarda dostlarımızı tərk etmirik. Biz bu dostluq münasibətlərinə dəyər veririk. Avropa yolunda irəliləyişi sürətləndirməyə gəldikdə isə, bəli, öhdəliklərimizi yerinə yetirəcəyik”. (Tass)
