ABŞ ilə memorandumun həyata keçirilməsi üzrə danışıqlar qrupunun üzvü olan İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi bu həftə Dohada ABŞ ilə texniki məsləhətləşmələrin başlayacağı ilə bağlı məlumatları təkzib edib.
“Bu həftə üçün heç bir texniki işçi qrupunun iclasları planlaşdırılmayıb. Qarşı tərəfin öhdəliklərinə əməl etməsinin monitorinqi də daxil olmaqla, Qətərlə məsləhətləşmələr həmişəki kimi davam etsə də, Dohada texniki işçi qrupu danışıqlarının keçirilməsi ilə bağlı bəzi media xəbərləri təsdiqlənməyib”, – deyə o, jurnalistlərə bildirib.
