İyun 29, 2026-23:09
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsində üç yeni ixtisaslaşma yaradılır

2026:06:29 - 15:44
in SOSİAL
A A

2026/2027-ci tədris ilindən Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində magistratura səviyyəsində əmək bazarının tələblərinə cavab verən üç yeni ixtisaslaşma – “Ekoloji ekspertiza”, “Ekoloji menecment” və “Daşınmaz əmlakın kadastrı və reyestri” üzrə qəbul həyata keçiriləcək.

BDU-dan AZƏRTAC-a bildirilib ki, “Ekoloji ekspertiza” ixtisaslaşması ətraf mühitin mühafizəsi, təbii ehtiyatların səmərəli idarə olunması, ekoloji təhlükəsizliyin təmin edilməsi və təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin qiymətləndirilməsi sahəsində peşəkar mütəxəssislərin hazırlanmasına yönəlib.

Tələbələr ekoloji ekspertiza və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ), strateji ekoloji qiymətləndirmə (SEQ), ekoloji layihələndirmə, ekologiya hüququ, ekoloji audit, ekoloji monitorinq, ekoloji norma və standartlar, texnogen təsirin qiymətləndirilməsi kimi müasir fənləri mənimsəyəcəklər. Təhsil müddətində ekoloji risklərin təhlili, ekspert rəylərinin hazırlanması, monitorinq sistemlərinin tətbiqi, ekoloji qanunvericiliyin icrası və ekoloji layihələrin idarə olunması istiqamətində nəzəri və praktik biliklər əldə edəcəklər.

“Ekoloji menecment” ixtisaslaşması iqtisadi fəaliyyətlə ətraf mühit arasında tarazlığın qorunması, ekoloji risklərin idarə olunması, resurslardan səmərəli istifadə, yaşıl texnologiyaların tətbiqi və dayanıqlı inkişaf prinsiplərinin həyata keçirilməsi üzrə peşəkar kadrların hazırlanmasını nəzərdə tutur.

Tədris proqramına ətraf mühitin idarə olunması və dayanıqlı inkişaf, müəssisələrdə ekoloji menecment, ƏMTQ, ekoloji monitorinq və modelləşdirmə, tullantıların idarə olunması, ekoloji marketinq, ekoloji audit və sığorta, energetikada təbiətqoruyucu texnologiyalar, yaşıl iqtisadiyyat, ekoloji innovasiyalar, ekoloji fəaliyyətin maliyyələşdirilməsi kimi fənlər daxildir. Tələbələr ekoloji menecment sistemlərinin standartları, sertifikatlaşdırma, ekoloji təhlükəsizlik və risk menecmenti, informasiya texnologiyalarının tətbiqi və normativ-hüquqi baza üzrə praktiki bacarıqlar əldə edəcəklər.

“Daşınmaz əmlakın kadastrı və reyestri” ixtisaslaşması dövlət idarəçiliyi və iqtisadiyyatın müxtəlif sahələrində kadastr sisteminin təşkili, torpaq idarəçiliyi və rəqəmsal məkan məlumatlarının idarə olunması üzrə yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına yönəlib.

Tələbələr yerquruluşu layihələndirilməsi, yerquruluşunun əsasları, torpaqların kartoqrafiyası, torpaq və şəhər kadastrı, daşınmaz əmlakın iqtisadiyyatı, yaşayış məntəqələrinin planlaşdırılması, kənd təsərrüfatında informasiya idarəetməsi və kadastrın əsasları kimi fənləri öyrənəcəklər.

İxtisaslaşma xüsusilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında sənaye və infrastruktur layihələrinin planlaşdırılması, ərazi seçimi, baş və müfəssəl planların hazırlanması, kənd təsərrüfatı təyinatlı torpaqların kadastr məlumat bazasının yaradılması, torpaqların qiymətləndirilməsi və iqtisadiyyatın rəqəmsallaşdırılması istiqamətində müasir bilik və bacarıqların formalaşdırılmasına xidmət edir.

Məzunlar İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində, Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsində, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin strukturlarında, Kənd Təsərrüfatı Nazirliyində, Azərbaycan Respublikasının Kosmik Agentliyində (Azərkosmos), bərpaolunan enerji sahəsində fəaliyyət göstərən qurumlarda, eləcə də müxtəlif beynəlxalq layihələrdə uğurla fəaliyyət göstərə bilərlər.

Yeni ixtisaslaşmalar müasir əmək bazarının tələblərinə uyğun peşəkar mütəxəssislərin hazırlanması, dayanıqlı inkişaf, ekoloji təhlükəsizlik, rəqəmsal idarəetmə və torpaq-kadastr sisteminin təkmilləşdirilməsi istiqamətində yüksəkixtisaslı kadr potensialının formalaşdırılmasında böyük əhəmiyyətə malikdir.

Əvvəlki Yazı

TDT ölkələri dini qurum rəhbərləri Fəxri xiyabanı və Zəfər abidəsini ziyarət ediblər

Növbəti Yazı

Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyinin fəaliyyəti təkmilləşdirilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.