Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov Astanada Almaniyanın İqtisadiyyat və Energetika naziri Ketrin Reyx ilə Qazaxıstan neftinin gələcək tədarükü imkanlarını müzakirə edib. Bu barədə Qazaxıstan Energetika Nazirliyinin mətbuat xidməti məlumat verib.
Mətbuat xidməti qeyd edib ki, “dialoq zamanı tərəflər əsas müəssisələrin istehsal tələbatını ödəmək üçün Qazaxıstan neftinin Almaniyaya gələcək tədarükü imkanlarını ətraflı müzakirə ediblər”. Energetika Nazirliyi vurğulayıb ki, “ixrac daşımaları üçün nəqliyyat logistikası mövcud makroiqtisadi şərtlərə tez bir zamanda uyğunlaşdırılır”. Qeyd olunub ki, “tərəfdaşlarla kommersiya müqavilələrini yerinə yetirmək üçün respublika axınları Xəzər Boru Kəməri Konsorsiumu sisteminə çevik şəkildə yönləndirir və ehtiyat tranzit marşrutlarından fəal şəkildə istifadə edir”.
Bundan əvvəl Reyçe Qazaxıstanın Baş naziri Oljas Bektenovla danışıqlar aparıb. (Tass)
