ABŞ prezidenti Donald Tramp hesab edir ki, ABŞ-İran memorandumunun həyata keçirilməsi ilə bağlı Qətərin Doha şəhərində keçiriləcək qarşıdan gələn məsləhətləşmələr vacib ola bilər.
“Dohadakı görüş vacib ola bilər, ya da olmaya bilər. Görəcəyik. Amma hərbi cəhətdən qalib gəlirik. Artıq qalib gələ bilərik”, – deyə Amerika lideri Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib. ABŞ nümayəndələri haqqında danışan Tramp qeyd edib: “Onlar Qətərə gedirlər. Düşünürəm ki, onlar artıq gediblər və ya tezliklə gedəcəklər. Görəcəyik nə olacaq. Amma biz bu sahədə çox yaxşı işlər görürük”. Amerika lideri məsləhətləşmələrin, xüsusən də İranın nüvə proqramı ilə bağlı məsələləri əhatə edəcəyini açıq şəkildə bildirib.
