İyul 1, 2026-13:51
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Komitə sədri: Vətən müharibəsindən sonra itkin və əsir düşənlər barmaqla sayılırdı

2026:06:30 - 12:23
in SİYASƏT
A A

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan hərbi əməliyyatlarda hər bir zabitin və əsgərin taleyi real vaxt rejimində izlənilirdi. Nizami ordu birləşmələri dəqiq plan üzrə hərəkət edirdi, kəşfiyyat məlumatları gizli kanallarla əməliyyat qərargahlarına ötürülürdü və müasir raket-artilleriya sistemlərindən, pilotsuz uçuş aparatlarından istifadə olunması məsafəli döyüşləri mümkün edirdi. Nəticədə Azərbaycan əsgərinin birbaşa hücum xəttinə və qeyri-müəyyən şəraitlərə düşməsinə yol verilmirdi, əlaqəsiz və xaotik hərəkətlərin qarşısı alınırdı, çətin relyefdə başıpozuqluğa yer qalmırdı.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc iyunun 30-da Bakıda “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edərkən deyib.

Onun sözlərinə görə, Birinci Qarabağ savaşından sonra 4000 azərbaycanlı itkin var idisə, Vətən müharibəsindən sonra itkin və əsir düşənlər barmaqla sayılırdı. Çünki bilavasitə döyüşlər zamanı yaranan kritik vəziyyətlər qısa vaxtda həll edildi. Beləliklə, İkinci Qarabağ müharibəsindən sonra əsir və itkin düşən şəxslər səhifəsi qalmadı: “Zəfərdən sonra azad edilən ərazilərdə axtarış işləri başladı. Kəlbəcərin Başlıbel kəndi, Xocalının Fərrux yüksəkliyi kütləvi məzarlıq yerlərinin ünvanına çevrildi. İkinci Qarabağ müharibəsinin ən böyük humanitar nəticələrindən biri də 90-cı illərin qaranlıq səhifələrini və itkin düşən minlərlə insanın taleyini aydınlaşdırmasıdır – təkcə işğala yox, həm də 30 ildən artıq cisimləri Vətən torpağına qarışan insanlar dövlətinə, xalqına və ailələrinə qovuşur”, – deyə komitə sədri vurğulayıb.

Əvvəlki Yazı

İndiyədək TANAP-la nəql edilən qazın həcmi açıqlandı

Növbəti Yazı

Nazir: Birinci Türkoloji Qurultayın ideyaları bu gün də Türk dünyasını birləşdirir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.