İyun 30, 2026-23:28
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Aslan Aslanov: Heydər Əliyev qarşısında tarixi borcumu yerinə yetirməyə çalışmışam

2026:06:30 - 17:11
in SİYASƏT
A A
Azərbaycanda rəsmi dövlət xəbərlərinin əsasını Ulu Öndər Heydər Əliyev olub.

“Report” xəbər verir ki, bunu “Heydər Əliyevin dövlətçilik və diplomatiya dərsləri. 1-ci kitab” adlı kitabın müəllifi Aslan Aslanov kitabın təqdimatı zamanı jurnalistlərə açıqlamasında deyib.

Aslan Aslanovun sözlərinə görə, bu kitabı yazmaqla o, Heydər Əliyev qarşısında öz tarixi və mənəvi borcunu yerinə yetirməyə çalışıb:

“Azərbaycan mətbuatı üçün nə etmişəmsə, onların hamısını mənə Ümumilli lider Heydər Əliyev öyrədib. Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin banisi olduğu kimi, müstəqil Azərbaycanın azad mətbuatının da banisidir. O dövrdə Azərbaycanda dövlət başçısının fəaliyyətinin işıqlandırılması ilə bağlı formalaşmış təcrübə yox idi. İkitərəfli görüşlərin necə işıqlandırılması, genişmiqyaslı tədbirlərin necə təqdim olunması, xarici səfərlər zamanı hansı məqamlara daha çox diqqət yetirilməsi kimi bütün incəlikləri mənə Heydər Əliyev öyrədib. Mən də həmin prinsipləri sonradan bütün Azərbaycan mətbuatında tətbiq etmişəm”.

Müəllif vurğulayıb ki, dövlət başçısının fəaliyyətinin işıqlandırılması prinsiplərini formalaşdıran Heydər Əliyev olub:

“Hazırladığım materialları bəzən özü çağırıb dinləyirdi. Sonra həmin xəbərlər dünyanın müxtəlif ölkələrinin mətbuatında yayılırdı. Mən öz yazılarımda da dəfələrlə qeyd etmişəm ki, Azərbaycanda rəsmi dövlət xəbərlərinin əsasını qoyan məhz Heydər Əliyev olub. Dövlət başçısının fəaliyyətinin işıqlandırılması prinsiplərini formalaşdıran da o idi. Bütün bunları sistem halına salaraq Azərbaycan mətbuatına ötürdü”.

Əvvəlki Yazı

Moldova Aİ qrantı ilə 100-dən çox Kanada istehsalı Roshel zirehli texnikası alacaq

Növbəti Yazı

Ramin Məmmədov: TDT regional sabitliyin və qlobal sülhün möhkəmləndirilməsində əsas amilə çevrilən nüfuzlu geosiyasi güc mərkəzidir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.