İyul 3, 2026-14:23
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Orxan Məmmədov: “KOB-lar üçün maliyyəyə çıxış əsas çağırış olaraq qalır”

2026:07:02 - 11:41
in İQTİSADİYYAT
A A
Azərbaycanda kiçik və orta bizneslər (KOB) üçün maliyyəyə çıxış əsas çağırış olaraq qalır.

“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Qara Dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı çərçivəsində keçirilən biznes forumda deyib.

Onun sözlərinə görə, ölkəmiz neft və qazdan kənar iqtisadiyyatın şaxələndirilməsi strategiyasını davam etdirdiyi üçün qeyri-enerji sektorunun, xüsusilə də qeyri-enerji KOB-larının inkişafı hökumət üçün milli prioritetə çevrilib: “Son illərdə mühüm irəliləyişlər əldə olunsa da, KOB-lar hələ də bir sıra ciddi çağırışlarla üzləşirlər. İlk növbədə, bugünkü müzakirə mövzularından biri olan maliyyəyə çıxış problemi KOB-lar üçün ən böyük çağırışlardan biri olaraq qalır. Son illərdə maliyyə imkanları genişlənsə də, bir çox mikro və kiçik sahibkarlıq subyektləri əlçatan və uzunmüddətli maliyyə resurslarına çıxışda, eləcə də yüksək girov tələbləri səbəbindən çətinliklərlə üzləşirlər. Biz bu problemi bilirik və agentliyimiz, eləcə də digər dövlət qurumları bu istiqamətdə çalışırlar”.

O. Məmmədov bildirib ki, ikinci əsas çağırış məhsuldarlığın artırılması və innovasiyaların tətbiqidir: “Bir çox KOB-un müasir texnologiyalara, innovativ həllərə, rəqəmsal alətlərə və qabaqcıl istehsal üsullarına daha geniş çıxışa ehtiyacı var. Böyük şirkətlərlə müqayisədə KOB-ların bu transformasiyanı həyata keçirməsi daha çətin olur. Üçüncü mühüm çağırış isə insan kapitalıdır. Müəssisələr getdikcə daha çox ixtisaslı mütəxəssisə, xüsusilə texniki sahələr üzrə kadrlara ehtiyac duyurlar. Bu, rəqəmsal texnologiyalar, istehsal və ixracın inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, təhsil sistemi ilə özəl sektorun ehtiyacları arasında əlaqələrin gücləndirilməsi KOB-ların inkişafı üçün kritik əhəmiyyət kəsb edir”.

Əvvəlki Yazı

“Arzum” ləqəbli bloqer məhkəmə zalından həbs edilib

Növbəti Yazı

Bakıda Ukrayna universitetlərinin rəsmi təhsil sərgisi keçiriləcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.