İyul 3, 2026-17:44
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Elnur Qocayev: Orduda aparılan islahatlarla Azərbaycan-NATO əməkdaşlığı dərinləşib

2026:07:02 - 12:17
in SİYASƏT
A A
Orduda islahatlarının aparılması ilə Azərbaycan-NATO əməkdaşlığı daha da dərinləşib.

“Report” xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin Region və şərq ölkələri ilə əlaqələr şöbəsinin rəisi Elnur Qocayev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və nazirliyin birgə hazırladığı “Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat”ın təqdimat mərasimində deyib.

E.Qocayevin sözlərinə görə, beynəlxalq arenada aparıcı dövlətlərlə müdafiə və təhlükəsizlik sahəsində müttəfiqlik, tərəfdaşlıq münasibətləri zamanla gücləndirilib:

“Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun davamı olaraq Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrində islahatların aparılması nəticəsində Azərbaycan-NATO əməkdaşlığı daha da dərinləşib. Eyni zamanda, beynəlxalq arenada aparıcı dövlətlərlə müdafiə və təhlükəsizlik sahəsində müttəfiqlik, tərəfdaşlıq münasibətləri qurulub və zamanla gücləndirilib”.

O bildirib ki, Azərbaycan Ordusunun sülhməramlı qüvvələrinin hazırlığı yüksək seçim meyarlarına əsaslanır: “Burada, həmçinin kompleks təlim fəaliyyəti və beynəlxalq təcrübənin mənimsənilməsi əsasında formalaşmış sistemli yanaşma da mövcuddur. Bu sistem şəxsi heyətin yalnız döyüş hazırlığının effektivliyini deyil, eyni zamanda, çoxmillətli mühitlərdə fəaliyyət qabiliyyəti və NATO qüvvələri ilə uyarlığını təmin edib”.

Əvvəlki Yazı

Sabah Bakının 4 rayonunun bəzi ərazilərində su olmayacaq

Növbəti Yazı

Leyla Əliyeva Yevlaxda “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşdü

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.