Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan hakimiyyəti Rusiya ilə münasibətlərdə böhran yaratmaq məqsədi güdmür.
“Biz heç vaxt Rusiya ilə münasibətlərdə böhran yaratmaq məqsədi qoymamışıq, qoymuruq və qoymaq niyyətində deyilik”, – deyə o, İrəvanda danışıqlardan sonra Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen ilə birgə mətbuat konfransında bildirib.
O bildirib ki, ölkə hakimiyyəti Ermənistanın maraqlarını rəhbər tutur. “Biz ölkəmizin maraqları çərçivəsində hərəkət edirik. Təbii ki, biz heç bir beynəlxalq tərəfdaşımızın maraqlarını nəzərə almırıq, lakin digər tərəfdən, heç bir tərəfdaşın maraqlarını Ermənistan Respublikasının maraqlarından üstün tuta bilmərik”, – deyə Ermənistan hökumətinin rəhbəri bildirib. (Tass)
