İyul 3, 2026-23:00
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Dövlət Proqramının hədəfləri Naxçıvanda taxılçılığın inkişafına yeni imkanlar yaradır

2026:07:03 - 16:19
in İQTİSADİYYAT
A A

Prezident İlham Əliyevin bu il mayın 25-də imzaladığı Sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” aqrar sahənin davamlı inkişafı, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və istehsal-emal zəncirinin genişləndirilməsində yeni mərhələnin əsasını qoyur. Dövlət Proqramında kənd təsərrüfatında məhsuldarlığın artırılması, müasir texnologiyaların tətbiqi, fermerlərin dövlət dəstəyi ilə əhatə dairəsinin genişləndirilməsi və strateji məhsullar üzrə istehsalın artırılması əsas prioritetlər kimi müəyyən edilib.

Proqramın mühüm istiqamətlərindən biri də strateji əhəmiyyət daşıyan taxılçılıq sektorunun inkişafıdır. Sənədə əsasən, 2030-cu ilədək ixtisaslaşmış rayonlarda buğda üzrə orta məhsuldarlığın hər hektardan 50 sentnerə çatdırılması, istehsalın təxminən 20 faiz artırılması və ölkənin özünütəminetmə səviyyəsinin yüksəldilməsi hədəflənir. Bu məqsədlərə nail olunması üçün bütün regionlarda olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Məhsuldarlığın ötən illə müqayisədə artacağı gözlənilir

Naxçıvanda taxılçılığın inkişafı istiqamətində ardıcıl işlər görülür. Ötən ilin payızında və bu ilin yazında muxtar respublika üzrə 13 min 844,1 hektar sahədə taxıl əkini aparılıb. Əkin sahələrinin 4174,3 hektarını buğda, 9669,77 hektarını isə arpa təşkil edib. Hazırda muxtar respublikada taxıl biçini mütəşəkkil şəkildə davam edir. İlkin nəticələr məhsuldarlığın ötən illə müqayisədə artacağını göstərir ki, bu da Dövlət Proqramında qarşıya qoyulan hədəflərə nail olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin sektor müdiri Səməddin Əsgərov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, taxıl biçini kampaniyasının operativ və koordinasiyalı təşkili məqsədilə nazirlikdə aidiyyəti qurumların iştirakı ilə Mərkəzi Qərargah yaradılıb. Qərargah tərəfindən biçinin gedişinə mütəmadi nəzarət edilir:

“İndiyədək muxtar respublikada 3700 hektardan artıq sahədə taxıl biçini aparılıb. Bunun 490 hektardan çoxunu buğda, 3200 hektardan çoxunu isə arpa sahələri təşkil edir. Hazırda 11 min 200 tondan artıq məhsul yığılıb”.

Onun sözlərinə görə, ötən il muxtar respublika üzrə 37 min 600 tondan çox taxıl istehsal olunmuşdu. Bu il isə məhsuldarlığın daha yüksək olacağı gözlənilir. Hazırda orta məhsuldarlıq hər hektara 30 sentner təşkil edir. Cari mövsümdə ən yüksək orta məhsuldarlıq Şərur rayonunda qeydə alınıb — hər hektardan 37,3 sentner məhsul əldə olunub. Əkin sahələrinin həcminə görə isə Babək rayonu liderdir. Rayonda 4200 hektardan artıq sahədə taxıl becərilib.

“Gələcəkdə əkin sahələrini bir neçə dəfə artıracağıq”

Taxılçı, “Ruzi” un dəyirmanının sahibi Sənan Novruzov da builki mövsümün uğurlu keçdiyini bildirir. Deyir ki, uzun illərdir əkinçilik və fermerlik fəaliyyəti ilə məşğuldur və əvvəllər yüzlərlə hektar sahədə taxıl becərib.

Fermer qeyd edir ki, bu il su qıtlığı ehtimalı nəzərə alınaraq əkin sahələri müəyyən qədər azaldılıb və təxminən 30-40 hektar sahədə əkin aparılıb. Lakin sonradan su təminatının yüksək səviyyədə olması məhsulun inkişafına müsbət təsir göstərib. Məhz buna görə də o, gələcək illərdə əkin sahələrini bir neçə dəfə artırmağı planlaşdırır. S.Novruzovun sözlərinə görə, ilkin müşahidələr bəzi sahələrdə hər hektardan 35-40 sentner məhsul əldə olunacağını göstərir. Artıq biçini aparılan buğda sahəsindən hər hektardan 40 sentnerə yaxın məhsul götürülüb.

Hazırda təsərrüfatda arpa biçini davam etdirilir. Arpa daha tez yetişdiyi üçün ilk olaraq onun yığımı həyata keçirilir. Bu mərhələ başa çatdıqdan sonra isə buğda sahələrinin biçininə başlanılacaq.

Fermer fəaliyyətlərinin əsas üstünlüyünün istehsal zəncirinin tam şəkildə bir arada birləşdirilməsi olduğunu vurğulayır:

“Sahələrdə yetişdirilən taxıl biçildikdən sonra “Ruzi” un dəyirmanında emal edilərək una çevrilir, daha sonra isə özümüzə məxsus lavaş istehsalı müəssisəsində hazır məhsul hazırlanaraq istehlakçılara çatdırılır. Bu inteqrasiya olunmuş istehsal modeli məhsulun keyfiyyətinə bütün mərhələlərdə nəzarət etməyə, istehsal xərclərini optimallaşdırmağa və bazara daha münasib qiymətlə məhsul çıxarmağa imkan verir. Beləliklə, həm fermer, həm də istehlakçı bu sistemdən faydalanır”.

Dövlət dəstəyi və müasir yanaşmalar Naxçıvanda öz real bəhrəsini verir

Naxçıvanda taxılçılıq sahəsində müşahidə olunan müsbət dinamika göstərir ki, dövlət dəstəyi, fermerlərin artan fəallığı və müasir istehsal yanaşmalarının tətbiqi öz real nəticələrini verir. Taxıl istehsalında məhsuldarlığın yüksəlməsi, emal imkanlarının genişlənməsi və istehsal zəncirinin vahid sistem şəklində qurulması həm ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, həm də kənd təsərrüfatının rəqabətqabiliyyətinin artırılmasına xidmət edir.

Bu baxımdan, Prezident İlham Əliyevin təsdiqlədiyi 2026–2030-cu illər üçün Dövlət Proqramında nəzərdə tutulan hədəflərin Naxçıvanda ardıcıl şəkildə həyata keçirilməsi qarşıdakı illərdə də taxılçılığın inkişafını sürətləndirəcək, regionun aqrar potensialının daha səmərəli reallaşdırılmasına və ölkənin strateji ərzaq təminatına mühüm töhfə verəcək.

Əvvəlki Yazı

İsrail Müdafiə Qüvvələri Livanda Hizbullahın 10 hədəfinə zərbələr endirdiyini açıqlayıb

Növbəti Yazı

Telegraph: Yeni PUA-lar Rusiya Silahlı Qüvvələrinin effektivliyini əhəmiyyətli dərəcədə artırıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.