İyun 21, 2025-13:52
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

“Azərbaycanda Qızılbaş İrsi: tarixin izi ilə” adlı konfrans panel iclaslarla davam edib

2023:11:28 - 17:07
in SİYASƏT
A A

Azərbaycan Diasporuna Dəstək Fondunun və “Qızılbaş” Qlobal İrsi Təşkilatının birgə dəstəyi ilə Bakıda keçirilən “Azərbaycanda Qızılbaş İrsi: tarixin izi ilə” mövzusunda beynəlxalq konfrans öz işini panel iclasları ilə davam etdirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, konfransın ilk panel iclası “Azərbaycan qızılbaşların tarixi vətəni kimi” mövzusuna həsr olunub. Dünyaca məşhur “Delta Health Group” holdinqinin icraçı direktoru Arşi Kızılbaşın (Kanada) moderatorluğu ilə aparılan panel iclasda tarixçi professor Ahmet Taşğın (Türkiyə), siyasi və dövlət xadimi Ağa Sarvar Raza Qazilbaş (Pakistan), AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Tofiq Nəcəfli və “Google” şirkətinin qlobal rəhbəri vəzifəsini icra edən Sami Kızılbaş çıxış ediblər.

“Dünya Qızılbaş icması birliyə doğru” mövzusuna həsr olunmuş ikinci panel iclas isə “Qızılbaş” Qlobal İrsi Şurasının həmsədri Babək Hüseynlinin moderatorluğu ilə baş tutub. İclasda AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Əhməd Quliyev, Pakistanın Pəncab əyalət parlamentinin deputatı Ağa Ali Hayder, “İslamabad Consulting” şirkətinin baş strategiya, məhsul və kommersiya məsələləri üzrə direktoru Zülfiqar Ali Qazilbaş (ABŞ), Qlobal Qızılbaş İrsi Təşkilatının Əfqanıstan və Çin üzrə koordinatoru Ali Mansur Afşar (Əfqanıstan) çıxış ediblər.

Hər iki panel iclas sualların cavablandırılması və şərhlərin verilməsi ilə yekunlaşıb.

Daha sonra qonaqlar Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

Qeyd edək ki, beynəlxalq konfrans “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Respublikasında keçirilməsi planlaşdırılan tədbirlər planına uyğun olaraq gerçəkləşdirilib.

Əvvəlki Yazı

“Heydər Əliyev İli”nə həsr edilən Fövqəladə Hallar Könüllülərinin təqdimatı olub

Növbəti Yazı

Sahib Ələkbərov Siyəzəndə vətəndaşları qəbul edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.