İyul 3, 2026-22:34
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan-Avropa İttifaqı münasibətlərində enerji sektoru əməkdaşlığın əsasını təşkil edir

2026:07:03 - 17:44
in SİYASƏT
A A

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri son illərdə Bakı ilə Brüssel arasında inkişaf edən münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərən mühüm siyasi hadisələrdən biri kimi qiymətləndirilməlidir. Son aylarda Avropa İttifaqının yüksək səviyyəli rəsmilərinin ardıcıl olaraq Azərbaycana səfərləri, Prezident İlham Əliyevlə keçirilən görüşlər və aparılan danışıqlar onu göstərir ki, tərəflər münasibətlərin yeni məzmunla zənginləşdirilməsində maraqlıdırlar.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

O bildirib ki, Prezident İlham Əliyevin bəyanatında da vurğulandığı kimi, Azərbaycan və Avropa Komissiyası arasında əməkdaşlıq hazırda tarixinin ən dinamik dövrlərindən birini yaşayır. Bu ilin martında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, mayında Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın, iyulunda isə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıya səfəri münasibətlərin intensiv xarakter aldığını nümayiş etdirir. Bu diplomatik fəallıq tərəflər arasında siyasi dialoqun dərinləşdiyini və qarşılıqlı etimadın artdığını göstərən mühüm göstəricidir. Bu gün Avropa İttifaqı Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biridir. Xarici ticarət dövriyyəsinin 40 faizdən çoxunun Avropa İttifaqı ölkələrinin payına düşməsi iqtisadi əlaqələrin miqyasını aydın şəkildə göstərir. Digər tərəfdən, Cənubi Qafqaz regionunda Avropa İttifaqının Azərbaycanla həyata keçirdiyi ticarətin ümumi regional dövriyyənin təxminən 70 faizini təşkil etməsi ölkəmizin regionun aparıcı iqtisadi aktoru olduğunu bir daha təsdiqləyir. Azərbaycan-Avropa İttifaqı münasibətlərində enerji sektoru strateji əməkdaşlığın əsas sütunlarından biri olaraq qalır. Dörd il əvvəl imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumundan sonra Azərbaycanın Avropa bazarına təbii qaz ixracının təxminən 65 faiz artması bunun real nəticəsidir. Hazırda Azərbaycan qazı Avropa İttifaqının 10 üzv dövlətinə ixrac edilir və gələcəkdə bu coğrafiyanın daha da genişləndirilməsi üçün potensial mövcuddur.

Deputat qeyd edib ki, səfər zamanı diqqət mərkəzində olan digər istiqamətlərdən biri nəqliyyat və logistika əməkdaşlığı idi. Son illərdə dəyişən geosiyasi reallıqlar fonunda Orta Dəhlizin və Transxəzər marşrutunun əhəmiyyəti əhəmiyyətli dərəcədə artıb. Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin əsas iştirakçılarından biri kimi Avrasiya məkanında mühüm tranzit qovşağına çevrilib. Limanların genişləndirilməsi, dəmir yolu infrastrukturunun modernləşdirilməsi və yükdaşımaların artırılması istiqamətində həyata keçirilən investisiyalar Azərbaycanın regional logistika mərkəzi kimi mövqeyini daha da gücləndirir.

S.Mikayılova əlavə edib ki, əməkdaşlığın yeni və perspektivli istiqamətlərindən biri də bərpaolunan enerji sahəsidir. Azərbaycan artıq ənənəvi enerji ixracatçısı olmaqla yanaşı, yaşıl enerji istehsalında da regional lider olmağa çalışır. Prezident İlham Əliyevin açıqladığı kimi, indiyədək imzalanmış müqavilələr növbəti beş-altı il ərzində ölkədə 8 giqavat həcmində Günəş və külək enerjisi istehsal etməyə imkan verəcək. Bu isə Azərbaycanın Avropa İttifaqının yaşıl enerji gündəliyində mühüm tərəfdaşlardan birinə çevrilməsi üçün yeni imkanlar yaradır.

Deputat vurğulayıb ki, Azərbaycanın bərpaolunan enerji potensialı Avropa İttifaqının enerji keçidi strategiyası ilə üst-üstə düşür. Xəzər hövzəsinin külək və Günəş enerjisi resurslarının Avropa bazarına inteqrasiyası yalnız iqtisadi deyil, həm də qlobal iqlim gündəliyi baxımından mühüm perspektivlər vəd edir. Bu istiqamətdə əməkdaşlığın genişlənməsi Azərbaycanın yaşıl enerji ixracatçısı kimi mövqeyini də gücləndirəcək.

“Səfər həm də Cənubi Qafqazın gələcək inkişaf modeli baxımından əhəmiyyətlidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, region artıq qarşıdurma deyil, əməkdaşlıq platformasına çevrilməlidir. Əgər Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmalar davamlı xarakter alarsa, Cənubi Qafqaz uzun illərdən sonra ilk dəfə genişmiqyaslı iqtisadi inteqrasiya, nəqliyyat əlaqələri və qarşılıqlı investisiyalar üçün yeni imkanlar əldə edə bilər. Avropa Komissiyasının bu prosesə dəstək verməyə hazır olduğunu bəyan etməsi isə sülh gündəliyinin beynəlxalq səviyyədə dəstəkləndiyini göstərən mühüm siyasi mesajdır. Bütün bunları nəzərə aldıqda demək olar ki, Ursula Fon der Lyayenin Azərbaycana səfəri yalnız növbəti diplomatik görüş deyil, Bakı ilə Brüssel arasında strateji tərəfdaşlığın yeni mərhələsinin siyasi konturlarını müəyyənləşdirən mühüm hadisədir. Enerji təhlükəsizliyi, yaşıl keçid, nəqliyyat dəhlizləri və regional sabitlik kimi istiqamətlərdə əldə olunan qarşılıqlı anlaşma gələcək illərdə Azərbaycan-Avropa İttifaqı münasibətlərinin daha da dərinləşəcəyini göstərir”, – deyə S.Mikayılova qeyd edib.

Əvvəlki Yazı

Politoloq: Azərbaycan təkcə enerji təminatçısı deyil, həm də Avropa üçün strateji sabitlik dayağıdır

Növbəti Yazı

Bahar Muradova Sumqayıtda vətəndaş qəbulu keçirəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.