Cari ilin iyun ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə ümumilikdə 37 min 396 vətəndaş qəbul edilib və onların müraciətləri cavablandırılıb.
Bu barədə AZƏRTAC-a DSMF-dən məlumat verilib.
Bildirilib ki, həmin vətəndaşların 105-i fondun Aparatının rəhbər şəxsləri tərəfindən, 1452-si fondun Aparatının Qəbul Mərkəzində, 1846-sı mərkəzi, 33 min 993-ü isə regional filiallarda qəbul edilib.
