İran müdafiə nazirinin müavini general Mehdi Fərahi İslam Respublikasının Rusiyadan Mi-28 hücum helikopterləri, Su-35 döyüş təyyarələri və Yak-130 döyüş təlimçiləri aldığını təsdiqləyib.
“Mən Yak-130 təlim təyyarələrinin, Su-35 qırıcılarının və Mi-28 helikopterlərinin çatdırılması faktını təsdiq edə bilərəm. Bu proses davam edir”, – Fərahi Tasnim-ə müsahibəsində deyib. Departamentin nümayəndəsi əməliyyatın məbləğini, eləcə də çatdırılma müddətini açıqlamayıb.
Tasnimin məlumatına görə, Rusiyadan alınan hərbi texnika artıq İrandadır və istifadəyə verilib. Agentlik qeyd edir ki, İslam Respublikasının Hərbi Hava Qüvvələri sentyabrda ilk Yak-130 təyyarəsini alıb.
Yanvarın 15-də İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Şəhryar Heydəri bildirib ki, İslam Respublikası Rusiyaya məxsus Su-35 döyüş təyyarələri sifariş edib. İlk tədarüklər yazda gözlənilirdi. Mart ayında ölkənin BMT-dəki daimi nümayəndəliyi Su-35-in alınması üzrə sövdələşmənin başa çatdığını elan edib. (Tass)