İyul 7, 2026-5:43
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

“Atlar və İnsanlar” sənədli serialının Azərbaycandakı çəkilişlərinin ilk mərhələsi yekunlaşıb

2026:07:06 - 16:40
in MƏDƏNİYYƏT
A A

“National Geographic” kanalının istehsal etdiyi “Atlar və İnsanlar” (“Horses & Humans”) sənədli serialının ikinci mövsümünün Azərbaycandakı çəkilişlərinin ilk mərhələsi yekunlaşıb.

Azərbaycan Respublikasının Kino Agentliyindən AZƏRTAC-a bildirilib ki, çəkilişlər Bakı, Şamaxı, Qobustan və Ağcabədidə aparılıb.

Yaradıcısı və icraçı direktoru İqnasiyo Sançes Sorondo olan “Atlar və İnsanlar” sənədli serialında müxtəlif xalqların qədim atçılıq ənənələri araşdırılır. Atların tarixən xalqın həyatında tutduğu yer əsas götürülməklə, onun milli adət-ənənələri, mədəni irsi də tanıdılır.

Sənədli serialın birinci mövsümünün çəkilişləri 8 ölkədə – Argentina, Braziliya, Meksika, Hindistan, Mərakeş, Səudiyyə Ərəbistanı, İndoneziya və Monqolustanda həyata keçirilib. İkinci mövsümün üzərində işləyərəkən yaradıcı heyət Azərbaycandan başqa İspaniya, Kolumbiya, ABŞ və digər ölkələrə səfər edəcək. Prosesin ikinci mərhələsi avqust-sentyabr aylarında reallaşacaq.

Serialın Azərbaycandan bəhs edən epizodunda xalqımızın qədim atçılıq ənənələrindən, məşhur Qarabağ atlarından, həmçinin müasir polonun qədim versiyası olan Çövkən oyunundan söz açılacaq. Sənədli serialın yaradıcıları ikinci mövsümün həmçinin “Netflix” rəqəmsal platformasında da yayımlanmasını nəzərdə tuturlar.

Qeyd edək ki, “Atlar və İnsanlar” sənədli serialının Azərbaycanda çəkilməsi ölkəmizin Argentinadakı səfirliyinin təşəbbüsü və Beynəlxalq Çövkən Federasiyasının sponsorluğu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Mədəniyyət Nazirliyinin tabeliyində Kino Agentliyinin, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının, Qarabağ Atçılıq Zavodunun və Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə reallaşıb.

Əvvəlki Yazı

İlqar Fəhminin yaradıcılıq gecəsi: “Məni axtar darıxanda”

Növbəti Yazı

Azərbaycan Rusiyaya nota verdi

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.