NATO-nun baş katibi Mark Rutte etiraf edib ki, NATO Ukraynaya hava hücumundan müdafiə təmin edə bilmir, lakin “əlindən gələni edir”. O, bunu 7-8 iyul tarixlərində Ankarada keçiriləcək sammitdən əvvəl keçirilən mətbuat konfransında bildirib.
O, Kiyevə “dağıdıcı Rusiya zərbələri” ilə bağlı suala cavab olaraq bildirib ki, “Avropada hava hücumundan müdafiə sistemlərinin istehsalına məhdudiyyətlər var”.
“NATO ölkələri, xüsusən də PURL sistemi (ABŞ-dan Avropa vəsaitləri hesabına silah alınması ) çərçivəsində mümkün olan hər şeyi edirlər, hazırda Ukraynaya tutucu raketlər çatdırılır”, – deyə Rütte bildirib və Ukraynada hava hücumundan müdafiə sistemlərinin istehsalının vacibliyini vurğulayıb.
