Avropa İttifaqı və Kanada hərbi ehtiyaclara ABŞ qədər pul xərcləyəcək və artıq bu sahədəki xərclərini ÜDM-in təxminən 4%-nə qədər artırıblar. Bu barədə NATO-nun baş katibi Mark Rutte blokun sammitindən əvvəl keçirilən mətbuat konfransında bildirib.
O, “Avropa və Kanada müdafiəyə ABŞ qədər pul xərcləyəcək” deyə vurğuladı və əlavə etdi ki, onlar artıq “hərbi xərclərini ÜDM-in təxminən 4%-nə qədər artırıblar”.
Rutte bildirib ki, “Keçən il avropalılar və Kanada hərbi xərclərini 20% artırıblar. 2025 və 2026-cı illərdə onlar əsas hərbi ehtiyaclara ümumilikdə 258 milyard dollar xərcləyəcəklər”.(Tass)
