Sentyabr 9, 2025-2:58
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

BDU-da Maliyyə Nazirliyinin nümayəndələri ilə tələbələrin görüşü

2023:11:28 - 18:00
in SOSİAL
A A

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatı Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin sonuncu kurs tələbələrinin Maliyyə Nazirliyinin əməkdaşları ilə görüşünü təşkil edib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov universitetlə dövlət və özəl müəssisələr arasında qurulan əməkdaşlığın, həmçinin karyera quruculuğu yönündə belə tədbirlərin təşkilinin tələbələr üçün əhəmiyyətindən danışıb.

Sonra Maliyyə Nazirliyinin İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Elman Hüseynov, Ortamüddətli xərclər çərçivəsinin hazırlanması mərkəzinin direktor müavini Zaman Hüseynov, Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri Rəna Hüseynova və İnsan resurslarının idarə edilməsi şöbəsinin əməkdaşı Ləman İsmayılova təqdimatlarla çıxış ediblər.

Təqdimatlarda Maliyyə Nazirliyinin fəaliyyət istiqamətləri, strukturu, işə (dövlət qulluğuna) qəbul qaydalarının əsas prinsipləri, mərhələləri, dövlət qulluğunun üstünlükləri və s. barədə məlumat verilib.

Görüşdə sonuncu kurs tələbələrinin Maliyyə Nazirliyinin müvafiq struktur bölmələrində işə cəlb olunması, təcrübə mübadiləsi kimi məsələlərə toxunulub, onların sualları cavablandırılıb.

Əvvəlki Yazı

“Qarabağ Universiteti təhsilin brendi olacaq” – RƏY

Növbəti Yazı

Pul qənaət etmək üçün Ukrayna Müdafiə Nazirliyi NATO standartlarına uyğun hərbi qidalanma sistemindən imtina edir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.