ABŞ Prezidenti Donald Tramp Avropadakı Amerika qoşunlarının sayının daha da azaldılmasını istisna etməyib.
“Yaxşı, görəcəyik. NATO-dan çox məyus oldum”, – deyə o, jurnalistlərin xahişi ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ikitərəfli görüşdə ABŞ-ın Avropadakı hərbi mövcudluğunun daha da azaldılması ehtimalını şərh edərkən bildirib. Amerika və Türkiyə liderləri arasında danışıqlar Ankarada NATO sammiti çərçivəsində keçirilir. (Tass)
