Qəzza zolağında Fələstinin Həmas hərəkatının saxladığı beşinci girov qrupunun Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrinə təhvil verilməsi prosesi başlayıb. Bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, “Həmas tərəfindən saxlanılan [digər qrup] girovların BQXK nümayəndələrinə təhvil verilməsinə başlanılıb”. Qeyd olunur ki, bu, Qəzza zolağında münaqişə tərəfləri arasında humanitar atəşkəsin qüvvəyə minməsindən sonra azad edilən beşinci girov qrupudur. Bu qrupa 10 nəfər daxildir. (Tass)