İyul 7, 2026-22:56
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Ölkəmizdə uşaqların təhlükəsizliyi dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biridir

2026:07:07 - 17:43
in SOSİAL
A A

Sosial şəbəkələrin sürətlə həyatımıza daxil olması ünsiyyət, təhsil və informasiya əldə etmək baxımından geniş imkanlar yaradıb. Eyni zamanda, xüsusilə də uşaqlar üçün psixoloji, davranış və informasiya təhlükəsizliyi ilə bağlı ciddi risklər də formalaşdırıb. Bu səbəbdən dünyanın bir çox ölkələrində uşaqların rəqəmsal mühitdə qorunmasına yönəlmiş hüquqi mexanizmlər yaradılır və Azərbaycanın qəbul etdiyi yeni tənzimləmə – “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinin təkmilləşdirilməsi də məhz bu qlobal yanaşmanın tərkib hissəsidir. Məqsəd uşaqları rəqəmsal dünyadan təcrid etmək deyil, onların yetkinlik yaşına qədər zərərli məzmun, manipulyativ alqoritmlər, kibertəzyiq, asılılıq və digər risklərdən qorunmasını təmin etməkdir.

Bunu AZƏRTAC-a açıqlamasında Əməkdar müəllim Sona Əliyeva deyib.

Onun sözlərinə görə, 16 yaşadək uşaqlar üçün qeydiyyatın məhdudlaşdırılması, 16-18 yaşarası yeniyetmələrin isə valideyn razılığı ilə sosial şəbəkələrdən istifadə etməsi ailənin rolunu gücləndirən və uşağın maraqlarını əsas götürən yanaşmadır: “Bu, uşaqların hüquqlarının məhdudlaşdırılması deyil, onların təhlükəsiz inkişafı üçün hüquqi təminatın gücləndirilməsidir. Real dünyada siqaret və alkoqol satışına tətbiq olunan yaş məhdudiyyəti ilə sosial şəbəkələr arasında prinsipial fərq yoxdur. Hər ikisi uşağın sağlamlığına birbaşa təsir edən amillərdir. Rəqəmsal mühit artıq uşaqların həyatının ayrılmaz hissəsinə çevrildiyi üçün eyni müdafiə prinsiplərinin sosial şəbəkələrə də şamil edilməsi tamamilə məntiqlidir”.

Sona Əliyeva bildirib ki, Azərbaycan da beynəlxalq təcrübəni araşdıraraq belə bir qərar verməyə təşviq olub. “Son illərdə Avstraliya, Fransa və bir sıra digər ölkələr oxşar hüquqi mexanizmlər qəbul edib, bir çox dövlətlərdə isə analoji qanunvericilik təşəbbüsləri müzakirə olunur. Bu, onu göstərir ki, məsələ ayrı-ayrı ölkələrin deyil, qlobal rəqəmsal təhlükəsizlik gündəliyinin tərkib hissəsinə çevrilib. Qanunun 12 ay sonra qüvvəyə minməsi də təsadüfi deyil. Bu müddət yaş yoxlama sistemlərinin hazırlanması, tətbiq ediləcək platformaların müəyyənləşdirilməsi, maarifləndirmə tədbirlərinin həyata keçirilməsi və texniki infrastrukturun formalaşdırılması üçün nəzərdə tutulub. Beləliklə, tənzimləmə mərhələli və hazırlıqlı şəkildə tətbiq olunacaq. Həmçinin sevindiricidir ki, ölkəmizdə uşaqların təhlükəsizliyi rəqəmsal dövrdə də dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır. Sağlam uşaqlıq dövrü, sağlam psixoloji inkişaf və təhlükəsiz informasiya mühiti gələcək cəmiyyətin keyfiyyətini müəyyən edən strateji amillərdəndir. Bu baxımdan qəbul edilən dəyişikliklər məhdudlaşdırıcı deyil, qoruyucu xarakter daşıyır və uşaqların maraqlarını prioritet götürən müasir hüquqi tənzimləmə kimi qiymətləndirilməlidir”, – deyə o diqqətə çatdırıb.

Əvvəlki Yazı

İctimai etimadın siyasi təzahürü: Prezident İlham Əliyevin liderliyi və Azərbaycanın inkişaf strategiyası

Növbəti Yazı

Milli Məclisin növbəti iclasında 22 məsələ müzakirə olunacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.