Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Aparatının rəhbəri Fuad Musayev iyulun 17-də Kürdəmir rayonunda sakinləri qəbul edəcək.
Bu barədə AZƏRTAC-a ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, qəbul zamanı vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaşlar iyulun 8-14-də nazirliyə rəsmi şəkildə (info@sosial.gov.az elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib olunmuş siyahısı əsasında qəbul ediləcəklər.
