Florida ştatındakı Palm Biç Beynəlxalq Hava Limanı rəsmi olaraq ABŞ Prezidenti Donald Trampın şərəfinə adlandırılıb. Bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb.
“Bu gündən etibarən Palm Biç Beynəlxalq Aeroportu rəsmi olaraq Donald Tramp Beynəlxalq Aeroportu adlandırılıb”, – deyə hava limanının Facebook paylaşımında bildirilir.
Qeyd olunur ki, hava limanının lövhələrinin və interyerinin dəyişdirilməsi bir neçə həftə çəkəcək. Bundan əlavə, 18 avqustda hava limanı kodu PBI-dən DJT-yə dəyişdiriləcək.
Ağ Ev rəhbərinin oğlu Erik Trampın sözlərinə görə, adı dəyişdirilmiş hava limanına enən ilk təyyarə Trampın “Trump Force One” adlı Boeing 757 təyyarəsi olub. (Tass )
