İyul 11, 2026-0:59
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Qarabağ Universitetinin yeni proqramları Britaniya universitetləri ilə birgə hazırlanıb

2026:07:10 - 13:40
in SOSİAL
A A

Qarabağ Universitetində 2026/2027-ci tədris ilindən ilk dəfə tələbə qəbulu aparılacaq biznesin idarə edilməsi və iqtisadiyyat ixtisasları üzrə bakalavr proqramları Böyük Britaniyanın aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, biznesin idarə edilməsi proqramı “University of Exeter”, iqtisadiyyat (BSc Economics) proqramı isə “University of Oxford” alimləri ilə əməkdaşlıq nəticəsində beynəlxalq standartlara uyğun və müasir yanaşmalar əsasında formalaşdırılıb.

Əməkdaşlıq çərçivəsində hər iki universitetin akademik heyəti Qarabağ Universitetinin Biznes və İqtisadiyyat fakültəsinin müəllimləri ilə birlikdə proqramların məzmununun hazırlanmasında iştirak edib. Proqramların yekunlaşdırılması məqsədilə “Exeter” və “Oxford” universitetlərinin nümayəndələri Qarabağ Universitetində fakültənin akademik heyəti üçün seminarlar, interaktiv iş sessiyaları və müzakirələr keçiriblər.

İş sessiyalarında proqramların strukturu, fənn məzmunu, tədris metodologiyası və öyrənmə nəticələri ətraflı təqdim olunaraq müzakirə edilib. Bildirilib ki, bu proses proqramların universitetin akademik heyəti tərəfindən daha dərindən mənimsənilməsinə və onların səmərəli tətbiqinə hazırlığın gücləndirilməsinə xidmət edib.

Qeyd olunub ki, hər iki proqram əmək bazarının və qlobal təhsil mühitinin müasir tələbləri nəzərə alınmaqla hazırlanıb. Tədris planlarında biznes və iqtisadiyyat sahələri üzrə fundamental nəzəri biliklərlə yanaşı, data analitikası, süni intellekt, proqramlaşdırma və rəqəmsal transformasiya kimi aktual istiqamətlər də yer alıb.

Bu əməkdaşlıq Qarabağ Universitetinin beynəlxalq akademik tərəfdaşlıqlarının genişləndirilməsi, tədris keyfiyyətinin yüksəldilməsi və tələbələrə qlobal standartlara uyğun, rəqabətqabiliyyətli təhsil imkanlarının təqdim edilməsi istiqamətində atılan mühüm addımlardan biridir.

Əvvəlki Yazı

Bakıda “Media və dekolonizasiya” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Növbəti Yazı

Azərbaycanla Çin arasında elmi əlaqələrin inkişafı məsələləri müzakirə olunub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.