İyul 11, 2026-0:12
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Azərbaycanla Çin arasında elmi əlaqələrin inkişafı məsələləri müzakirə olunub

2026:07:10 - 14:00
in SOSİAL
A A

Beynəlxalq İstedad Mübadiləsi konfransında iştirak etmək üçün Çində səfərdə olan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyi Çinin Şiciaguanq şəhərində Hebey Sosial Elmlər Akademiyasının prezidenti professor Lü Sinbin ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Çin və Azərbaycanın dövlət başçılarının birgə diqqəti sayəsində iki ökə arasında bütün sahələrdə əməkdaşlıq əlaqələrinin genişləndiyini deyən professor Lü Sinbin Azərbaycanın Çinin “Kəmər və yol” layihəsini beynəlxalq miqyasda ilk dəstəkləyən ölkələrdən biri olduğunu xüsusi vurğulayıb. Son illərdə elm sahəsində də əlaqələrin inkişaf etdiyini diqqətə çatdıran professor rəhbərlik etdiyi Hebey Sosial Elmlər Akademiyası ilə AMEA arasında 2024-cü ildə imzalanmış anlaşma memorandumunun müddəalarına uyğun olaraq müxtəlif elmi istiqamətlər üzrə əməkdaşlığın genişləndiyini bildirib.

AMEA-nın prezidenti İsa Həbibbəyli Azərbaycan və Çin dövlət başçılarının siyasi iradəsi ilə bütün istiqamətlər üzrə yaranmış əlaqələrin elm sahəsində də davam etdirildiyini bildirib. AMEA ilə Hebey Sosial Elmlər Akademiyası arasında elmi əməkdaşlıq əlaqələrinin inkişaf etdiyini vurğulayan akademik nəzərdə tutulmuş yeni layihələr haqqında məlumatları da müzakirə üçün diqqətə çatdırıb. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda icrasına başlanan “Azərbaycan ədəbiyyatında Çin mövzusu” layihəsi barədə məlumat verən İsa Həbibbəyli “Kəmər və yol” təşəbbüsü çərçivəsində elm və mədəniyyətlərin dialoqu mövzusu üzrə də müştərək araşdırmalara başlamağı təklif edərək iki elmi qurum arasında bundan sonra da əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətli olacağını deyib.

Akademik İsa Həbibbəyli Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının Çin motivləri əsasında çəkilmiş rəsm əsərini professor Lü Sinbinə hədiyyə edib. Sonda qarşılıqlı olaraq yeni çap edilmiş elmi nəşrlər və xatirə hədiyyələri təqdim olunub.

Görüşdə Hebey Sosial Elmlər Akademiyasının rəhbər heyəti ilə yanaşı Pekin Xarici Dillər Universiteti Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev, Hebey Pedaqoji Universitetinin Beynəlxalq mədəni mübadilə fakültəsinin dekanı, eyni zamanda, Hebey Beynəlxalq İstedadlar Mübadiləsi Assosiasiyanın prezidenti, professor Çi Siaoyən və başqaları iştirak ediblər.

Əvvəlki Yazı

Qarabağ Universitetinin yeni proqramları Britaniya universitetləri ilə birgə hazırlanıb

Növbəti Yazı

“Xurşidbanu Natəvana ithaf”da gül gözəllik, həyat və yaradıcılıq rəmzidir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.