Reuters agentliyinin mənbəyə istinadən verdiyi məlumata görə, Qətər danışıqları aparan nümayəndələr Tehran və Vaşinqton arasındakı gərginliyi azaltmaq üçün İran rəsmiləri ilə görüşlər keçirərək İrandadırlar.
Onun sözlərinə görə, məsləhətləşmələr ABŞ ilə əlaqələndirilərək aparılır. Onların əsas məqsədi daha geniş dialoqun davam etdirilməsi üçün şərait yaratmaq və ABŞ-İran atəşkəs memorandumunun həyata keçirilməsini müzakirə etməkdir.
Agentliyin mənbəsi əlavə edib ki, tərəflər həmçinin son gərginliyə səbəb olan məsələləri, o cümlədən Hörmüz boğazında naviqasiya azadlığının təmin edilməsi ilə bağlı fikir ayrılıqlarını həll etmək niyyətindədirlər. (Tass)
