İyul 14, 2026-19:11
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Rusiyanın səhiyyə naziri Azərbaycana gəlib

2026:07:13 - 12:30
in SİYASƏT
A A
Rusiyanın səhiyyə naziri Mixail Muraşkonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində Azərbaycanın səhiyyə naziri Teymur Musayev rusiyalı həmkarı M.Muraşkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Görüşdə Azərbaycan və Rusiya arasında səhiyyə sahəsində mövcud əməkdaşlıq əlaqələri və onların inkişaf perspektivləri müzakirə olunub.

Nazir Teymur Musayev iki ölkə arasında müxtəlif istiqamətlərdə əməkdaşlığın həyata keçirildiyini qeyd edərək, səhiyyə sahəsində də qarşılıqlı əlaqələrin inkişafının əhəmiyyətini vurğulayıb:

“Tibb təhsili, tibbi kadrların hazırlanması, ixtisasartırma proqramları, elmi-tədqiqat fəaliyyəti, rəqəmsal səhiyyə, ictimai səhiyyə və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar mövcuddur”.

Mixail Muraşko ölkələr arasında səhiyyə sahəsində əməkdaşlığın inkişafına böyük önəm verdiklərini bildirib:

“Təcrübə mübadiləsi, birgə elmi-praktik layihələrin həyata keçirilməsi və mütəxəssislər arasında əməkdaşlıq hər iki ölkənin səhiyyə sisteminin inkişafına mühüm töhfə verəcək”.

Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Sonda nazirlər səhiyyə sahəsində əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminliklərini ifadə ediblər.

Əvvəlki Yazı

SocGov 2026” beynəlxalq forumu çərçivəsində müsabiqə elan olunur

Növbəti Yazı

Xaçmaz sakini dənizdə boğulub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.