İyul 14, 2026-14:08
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azər Əmiraslanov: “Kraudfandinq haqqında” qanun mülki qaydada borclar və qrantlar üçün hüquqi əsas yaradır”

2026:07:13 - 14:10
in İQTİSADİYYAT
A A
“Kraudfandinq haqqında” qanun vasitəsilə mülki qaydada borcların və qrantların əldə olunması da mümkün hesab edilir.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin plenar iclasında çıxışı zamanı bildirib.

Deputatın sözlərinə görə, “Kraudfandinq haqqında” qanun digər maliyyələşdirmə formalarını da nəzərdə tutur: “Ona görə ki, əsas məqsəd hər bir innovasiya layihəsinin dəstəklənməsinə yönəlib. Bu çərçivədə mülki qaydada borclar, qrantlar da mövcud ola bilər. Sadəcə nəzərə almaq lazımdır ki, mülki qanunvericilik istənilən maliyyələşdirmə və dəstəkləmə formalarını tanıyır və icazə verir. Komitə iclasında da bu məsələ gündəmə gətirilmişdi və prosedur baxımından belə maliyyələşdirmə formasının həyata keçirilməsi realdır. Lakin tərəflər bunu mülki qaydada rəsmiləşdirməlidirlər”.

A. Əmiraslanov hesab edir ki, digər vacib məqam qanunvericilik çərçivəsindən kənar hər hansı maliyyələşdirmə, xüsusilə qeyd edildiyi kimi, “Whatsapp” vasitəsilə aparılan əməliyyatlar – bunlar artıq dəstəyin qeyri-rəsmi formalarıdır və burada müəyyən risklər yarana bilər.

“Əgər qanunvericilik konkret prosedurları müəyyən edirsə, o zaman investorların və vətəndaşların hüquqlarının müdafiəsi üçün daha möhkəm əsaslar formalaşa bilər”, – deputat bildirib.

Əvvəlki Yazı

“Azəriqaz” Samuxun kəndlərində payız-qış mövsümünə hazırlıq işlərini davam etdirir

Növbəti Yazı

Suraxanıda 14 İyul küçəsi və parkda abadlıq işləri aparılıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.