İyul 14, 2026-5:52
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Əməkdar artist Nahidə Orucovanın 65 illik yubileyi qeyd olunub

2026:07:13 - 16:32
in MƏDƏNİYYƏT
A A

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının növbəti nümayişi olub.

Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşa Əməkdar artist, Prezident mükafatçısı Nahidə Orucovanın 65 illik yubileyinə həsr edilib.

Nümayişdən sonra Əməkdar artist, Prezident mükafatçısı Əkbər Əlizadə aktrisanın həyat və yaradıcılığı haqqında tamaşaçılara ətraflı məlumat verib, yubilyarı teatrın rəhbərliyi və kollektivi adından təbrik edib. O, həmçinin Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin fəxri fərmanını Nahidə Orucovaya təqdim edib.

Azərbaycan Teatr Xadimləri İttifaqının yaradıcılıq üzrə sədr müavini, Xalq artisti İlham Namiq Kamal da yubilyarı təbrik edərək ona yeni yaradıcılıq uğurları arzulayıb və İttifaqın “Teatr fədaisi” medalını təqdim edib.

Nahidə Orucova tamaşada Cahan xala obrazını canlandırıb. Səhnə əsərində, həmçinin Əməkdar artistlər Nərgiz Kərimova (Gülçöhrə), Əkbər Əlizadə (Süleyman bəy), Nadir Xasiyev (Soltan bəy), aktyorlar Emin Zeynallı (Əsgər), Mehriban Zaliyeva (Asya), Ülviyyə Əliyeva (Telli), Ruslan Mürsəlov (Vəli), eləcə də teatrın xor və balet artistləri iştirak ediblər.

Tamaşanın quruluşçu rejissoru Elvin Mirzəyev, bərpaçı rejissoru Əhəd Hacıyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, rejissor assistenti isə Sevinc Məmmədovadır.

Əvvəlki Yazı

Sənətşünas rəyi: Oqtay Sadıqzadənin əsərində Natəvan obrazı

Növbəti Yazı

Bu gün Xalq rəssamının anadan olmasından 100 il ötür

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.