İran prezidenti İbrahim Rəisinin Ankaraya səfəri son anda İslam Respublikası hökumətinin başçısının Qəzza zolağında baş verənlərlə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana daha sərt mövqe nümayiş etdirmək üçün təzyiq göstərmək cəhdləri səbəbindən təxirə salınıb. Bu barədə “Ash-Sharq al-Awsat” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.
Onların fikrincə, Rəisi Türkiyə rəhbərliyinə təzyiq göstərməyə çalışıb, çünki o, İsraillə diplomatik münasibətləri kəsməyib və səfirini geri çağırmaqla kifayətlənib. Qəzet həmçinin iddia edir ki, Yaxın Şərqdə vəziyyətin pisləşməsi Tehran və Ankara arasındakı münasibətlərdə onların Fələstinin radikal HƏMAS hərəkatına təsir etmək uğrunda rəqabəti ilə bağlı gizli ziddiyyətləri üzə çıxarıb. Nəşr vurğulayır ki, əngəllərdən biri Qəzzada saxlanılan Tailand vətəndaşlarının azadlığa buraxılması olub: İran tərəfi bu prosesdə əsas rol oynadığını iddia edir, baxmayaraq ki, Həmas noyabrın 26-da girov götürülmüş Tailand vətəndaşlarını Ərdoğanın sayəsində azad edildiyini bildirib.
Qəzetin nəşrinə Türkiyə və İran hələlik münasibət bildirməyib. (Tass)