İran Silahlı Qüvvələrinin Xatəm əl-Ənbiya Mərkəzi Komandanlığının sözçüsü İbrahim Zülfəqari bildirib ki, Fars körfəzi bölgəsində vəziyyətin daha da gərginləşməsinə görə məsuliyyət ABŞ və onunla əməkdaşlıq edən ölkələrin üzərinə düşür.
Zülfüqari açıqlamasında vurğulayıb ki, “Regionda qeyri-sabitliyin hər hansı təzahürünə və müharibənin qızışdırılmasına görə məsuliyyət ABŞ və bu ölkənin silahlı qüvvələri ilə əməkdaşlıq edən dövlətlərin üzərinə düşür”.
8-13 iyul tarixlərində ABŞ ordusu İran ərazisinə bir neçə seriya zərbə endirib. Bu zərbələr, guya Tehranın Hörmüz boğazında ticarət gəmisinə hücumuna cavab olaraq edilib. İran da öz növbəsində Yaxın Şərqdəki ABŞ hədəflərinə zərbələr endirib. Bəhreyn, Küveyt, BƏƏ, Oman və Qətər İranın hava hücumlarını dəf etdiyini iddia ediblər. (Tass)
