Yəmənin husi üsyançı hərəkatı olan Ənsar Allah Səudiyyə Ərəbistanındakı Abha beynəlxalq hava limanına ballistik raket və pilotsuz təyyarə ilə hücum edib. Bu barədə radikal milislərin bəyanatında deyilir.
Bəyanatda deyilir: “Səudiyyə Ərəbistanının təcavüzünə cavab olaraq, Yəmən silahlı qüvvələri (Husilərə istinadən ) hərbi əməliyyat keçirərək Abha Beynəlxalq Hava Limanını ballistik raketlər və dronlarla vurublar”. Üsyançılar hücumun Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinin Səna hava limanına endirdiyi hücumlara cavab olduğunu iddia edirlər. Bu hücumların məqsədi guya “humanitar uçuşlara qadağa qoymaq” olub.
“Silahlı qüvvələr (Husilərə istinadən) bütün aviaşirkətləri Səudiyyə Ərəbistanının hava məkanında uçuşlara qarşı xəbərdar edir. Onlar Səna beynəlxalq hava limanının blokadası qaldırılana qədər xəbərdarlıqlarımızı çox ciddi qəbul etməlidirlər”, – deyə üsyançılar vurğulayıblar. Bəyanatda həmçinin İrana Husilər tərəfindən ələ keçirilən Səna hava limanının “blokadasının qaldırılmasında göstərdiyi köməyə” və humanitar uçuşların həyata keçirilməsinə görə minnətdarlıq bildirilib. (Tass ə
