İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Bəhreyndə Patriot hava hücumundan müdafiə radarını, ABŞ Hərbi Dəniz Qüvvələrinin hava nəzarət radarını və erkən xəbərdarlıq radar sistemini məhv etdiyini iddia edib. Bu barədə Nour News agentliyi məlumat yayıb.
Agentlik İİKK-nın məlumatına istinadən bildirib ki, “Patriot hava hücumundan müdafiə radarı, ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci eskadrilyasının hava məkanına nəzarət radarı və C-RAM erkən xəbərdarlıq sistemi məhv edilib”. (Tass)
