İyul 15, 2026-12:12
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

Şirvanşahlar sarayının qədim ovdanında tədqiqat: içməli suyun yeniləndiyi ehtimal edilir

2026:07:14 - 13:40
in GÜNDƏM
A A

AMEA Arxeologiya və Antropologiya İnstitutu və “İçərişəhər” Dövlət Tarix-Mədəniyyət Qoruğu İdarəsinin təşəbbüsü ilə Şirvanşahlar sarayının aşağı hissəsində yerləşən qədim ovdanda (yeraltı su anbarında) tədqiqat işləri həyata keçirilib.

Bu barədə AZƏRTAC-a Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib. İnstitutun Xəzər arxeologiyası şöbəsinin sualtı dalğıc qrupu professor Abbas Seyidovun rəhbərliyi ilə ovdanın daxili hissəsinə baxış keçirib, sualtı çəkilişlər və araşdırmalar aparıb. Tədqiqatlar zamanı məlum olub ki, təxminən 600 il yaşı olan ovdan giriş xətti ilə birlikdə 30–35 kvadratmetr sahəyə malikdir və hazırda təxminən 3 metr hündürlükdə su ilə doludur. Suyun temperaturu 19 dərəcə təşkil edir. Aparılan müşahidələr suyun kimyəvi baxımdan təmiz, içməli və qoxusuz olduğunu göstərib. Həmçinin suyun bu gün də yenilənməyə davam etdiyi ehtimal olunur.

Qeyd edək ki, XIV əsrin sonu – XV əsrdə Şirvanşahlar Dərbəndilər sülaləsi tərəfindən Bakıda mühüm quruculuq işləri aparılıb. Həmin dövrdə müdafiə istehkamları möhkəmləndirilib, məscidlər, karvansaraylar, hamamlar, ovdanlar inşa edilib və su kəmərləri çəkilib. Bu su sistemlərindən biri olan Şah su kəməri Çəmbərəkənd su mənbəyindən İçərişəhərə qədər uzanaraq şəhərin su təminatında mühüm rol oynayıb.

Şirvanşahlar Sarayı Kompleksinin yaxınlığında yerləşən ovdan qədim su təchizatı sisteminin mühüm nümunələrindən biridir. Ovdanın divarları əsrlər boyu suyun təsiri nəticəsində minerallarla örtülüb. Tədqiqat zamanı onun əlavə giriş hissəsinin, eləcə də tavan tağında yerləşən və vaxtilə havalandırma və işıqlandırma funksiyası daşıya bilən iki hava kamerasının mövcudluğu müəyyən edilib.

Qədim ovdanın daha geniş şəkildə öyrənilməsi və gələcəkdə əlavə arxeoloji tədqiqatların aparılması nəzərdə tutulur. Aparılan araşdırmalar Bakının orta əsr su təsərrüfatı və memarlıq irsinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Əvvəlki Yazı

Al Monitor: İraq Suriya vasitəsilə neft ixracı müqaviləsi imzalamağı planlaşdırır

Növbəti Yazı

“Əl-Monitor”: ABŞ Konqres seçkilərindən sonra İrana qarşı əməliyyatlara yenidən başlaya bilər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.