İyul 15, 2026-0:32
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Qlobal çağırışlar fonunda Azərbaycanın media diplomatiyası 

2026:07:14 - 16:00
in SİYASƏT
A A
Azərbaycan Dövlət İnformasiya Agentliyi  

Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər Azərbaycanın xarici siyasət prioritetlərini, regional və qlobal proseslərə baxışını, həmçinin ölkənin beynəlxalq münasibətlər sistemində artan rolunu əks etdirən mühüm siyasi və diplomatik mesajlar kimi diqqəti cəlb edir. Şuşa Qlobal Media Forumu təkcə media nümayəndələrinin toplaşdığı beynəlxalq platforma deyil, həm də Azərbaycanın strateji baxışlarının, sülh gündəliyinin və inkişaf modelinin dünya ictimaiyyətinə təqdim edildiyi nüfuzlu dialoq məkanına çevrilib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva söyləyib. Deputat bildirib ki, forumun iştirakçı coğrafiyasının hər il genişlənməsi, 53 ölkədən 160 nümayəndənin, onlarla xəbər agentliyinin, media qurumunun və beynəlxalq təşkilatın Şuşada bir araya gəlməsi Azərbaycanın dünyada artan nüfuzunun göstəricisidir. Son dörd ildə 81 ölkədən 600-ə yaxın media nümayəndəsinin bu platformada iştirak etməsi forumun beynəlxalq platformaya çevrildiyini təsdiqləyir.

“Prezidentin çıxışında xüsusi vurğulanan məqamlardan biri Qarabağda aparılan bərpa və yenidənqurma işlərinin beynəlxalq auditoriyaya birbaşa nümayiş etdirilməsi oldu. Dövlətimizin başçısının qeyd etdiyi kimi, ilk forumlarda dağıntıları görən xarici media nümayəndələri bu gün yenidən qurulan şəhərləri, yaşayış məntəqələrini, doğma yurdlarına qayıdan insanları müşahidə edirlər. Bu isə Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi siyasətin nəticələrinin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyət daşıyır. İnformasiya müharibələrinin davam etdiyi müasir dövrdə həqiqətlərin yerində nümayiş etdirilməsi faktların ən güclü arqumentidir”, – deyə müsahibimiz bildirib.

Deputat qeyd edib ki, Prezidentin çıxışında əsas istiqamətlərdən biri də Azərbaycanın geosiyasi və geoiqtisadi mövqeyinin əhəmiyyətinin artması ilə bağlı fikirlər olub: “Dövlətimizin başçısı vurğuladı ki, tranzit ölkəyə çevrilmək yalnız coğrafi mövqe ilə mümkün deyil. Bunun üçün güclü infrastruktur, qonşularla etibarlı münasibətlər və çoxtərəfli əməkdaşlıq mühiti vacibdir. Son onilliklər ərzində həyata keçirilən siyasət nəticəsində Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin əsas iştirakçılarından birinə çevrilib. Orta Dəhlizin əhəmiyyətinin artması, Xəzər hövzəsinin strateji rolunun yüksəlməsi, logistika imkanlarının artırılması Azərbaycanın Avrasiyanın əsas nəqliyyat və logistika mərkəzlərindən biri kimi mövqeyini daha da gücləndirir”.

Müsahibimiz bildirib ki, Prezident İlham Əliyev çıxışında həm Avropa Komissiyası ilə münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu, həm ABŞ ilə strateji tərəfdaşlığın ən yüksək səviyyəyə yüksəldiyini, həm də Rusiya ilə münasibətlərin normallaşdığını vurğulayıb.

“Azərbaycan Prezidenti Avropa Komissiyası ilə münasibətlərdə müsbət dinamikanı qeyd etsə də, Avropa Şurası Parlament Assambleyasının ölkəmizə münasibətdə nümayiş etdirdiyi ikili standartları kəskin tənqid etdi. Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycanın AŞPA-da səsvermə hüququndan məhrum edilməsi insan hüquqları ilə deyil, məhz ölkəmizin öz suverenliyini tam bərpa etməsi ilə bağlı siyasi qərar olub. Bu isə beynəlxalq təşkilatlarda obyektivlik və ədalət prinsiplərinin qorunmasının vacibliyini bir daha gündəmə gətirdi”, – deyə deputat qeyd edib.

Mehriban Vəliyeva bildirib ki, dövlətimizin başçısının çıxışında Türkiyə-Azərbaycan münasibətləri də xüsusi yer tutub: “Prezident vurğuladı ki, Şuşa Bəyannaməsinin yaratdığı hüquqi və siyasi baza regional təhlükəsizliyin əsas sütunlarından birinə çevrilib. Azərbaycan-Türkiyə modeli təkcə ikitərəfli münasibətlər baxımından deyil, regionda sabitlik və əməkdaşlıq nümunəsi kimi də beynəlxalq əhəmiyyət daşıyır.

Prezident Azərbaycanın Mərkəzi Asiya dövlətləri, Çin, Yaponiya, İordaniya və digər tərəfdaşlarla əməkdaşlığının genişlənməsini də ətraflı təhlil etdi”.

Müsahibimizin fikrincə, IV Şuşa Qlobal Media Forumu Azərbaycanın təkcə regionun deyil, geniş Avrasiya məkanının siyasi, diplomatik, iqtisadi və informasiya gündəliyini formalaşdıran əsas aktorlardan biri olduğunu bir daha nümayiş etdirib.

“Prezident İlham Əliyevin Forum çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın xarici siyasət konsepsiyasının əsas istiqamətlərini, ölkənin strateji hədəflərini və beynəlxalq münasibətlər sistemində artan rolunu əks etdirən mühüm siyasi sənəd kimi qiymətləndirilə bilər. Şuşadan verilən mesajlar göstərir ki, Azərbaycan bundan sonra da sülhə, əməkdaşlığa, beynəlxalq hüquqa, regional inteqrasiyaya və milli maraqların qətiyyətlə müdafiəsinə əsaslanan müstəqil siyasət kursunu ardıcıl şəkildə davam etdirəcək”, – deyə deputat fikrini yekunlaşdırıb.

Əvvəlki Yazı

Şuşa Forumu ölkəmizin qlobal dialoqun təşkilatçısı statusunu təsdiqlədi 

Növbəti Yazı

Ölkədə muzdla çalışan işçilərin sayı 17 milyonu keçib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.