İyul 15, 2026-0:35
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Prezidentin Şuşa Forumundakı mesajları Azərbaycan-Türkiyə müttəfiqliyinin məntiqi davamıdır

2026:07:14 - 17:20
in SİYASƏT
A A

Prezident İlham Əliyevin 2003-cü ildə prezident kimi fəaliyyətə başladığı gündən Azərbaycan-Türkiyə münasibətləri bütün sahələr üzrə yüksələn xətt üzrə inkişaf edib və ötən dövr ərzində “Bir millət, iki dövlət” prinsipi ikitərəfli münasibətlərin bütün istiqamətlərində öz əksini tapıb. Bu baxımdan, IV Şuşa Qlobal Media Forumunda Prezidentin səsləndirdiyi fikirlər son 23 il ərzində həyata keçirilən siyasətin və nümayiş etdirilən ardıcıl mövqenin məntiqi davamıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin üzvü Cavid Vəliyev bildirib.

O qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətləri iki möhkəm sütun üzərində qurulub. Məhz buna görə də iki ölkəni bir-birindən uzaqlaşdırmağa çalışan müxtəlif qüvvələrin cəhdləri dəfələrlə uğursuzluqla nəticələnib.

“Bu sütunlardan birincisi tarixi və mənəvi bağlılıqdır. Eyni millətə mənsub olmağımız, ortaq tarix, mədəniyyət, dil və etnik köklərimiz xalqlarımız arasında güclü mənəvi bağ formalaşdırıb.

İkinci və daha strateji sütun isə regional maraqlarımızın üst-üstə düşməsidir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, “Biz təkcə qardaş və dost deyilik, həm də müttəfiqik”. 2021-ci ildə Şuşa Bəyannaməsinin imzalanması bu müttəfiqliyin hüquqi və siyasi əsaslarını daha da möhkəmləndirdi. Şuşa Bəyannaməsinin imzalanmasının əsas səbəbi Azərbaycan və Türkiyənin regional maraqlarının üst-üstə düşməsidir. Bu, ilk növbədə, strateji maraqlardan irəli gələn qərardır və təkcə emosional bağlılıq və ya ortaq millət amili ilə izah oluna bilməz. Çünki bəzən eyni millətə mənsub iki ayrı dövlət belə bir-biri ilə müharibə apara bilir. Rusiya-Ukrayna nümunəsi də göstərir ki, ortaq tarixi və etnik bağlar dövlətlər arasında strateji əməkdaşlığın yeganə təminatı deyil.

Məhz buna görə də Azərbaycanın və Türkiyənin strateji tərəfdaşlığını gücləndirən əsas amillərdən biri regional maraqların və xarici siyasət prioritetlərinin böyük ölçüdə üst-üstə düşməsidir. Ayrı-ayrı məsələlərdə fikir ayrılıqlarının olması təbiidir. Lakin hər iki ölkə strateji maraqları rəhbər tutaraq ortaq mövqe formalaşdırmağı və yekun qərarlar qəbul etməyi bacarır. Məhz bu xüsusiyyət Azərbaycan-Türkiyə müttəfiqliyini digər əməkdaşlıq modellərindən fərqləndirən əsas cəhətlərdən biridir”, – deyə Cavid Vəliyev vurğulayıb.

Onun sözlərinə görə, hazırkı mürəkkəb geosiyasi şəraitdə, yəni Rusiya-Ukrayna müharibəsinin davam etdiyi, Cənubi Qafqazda normallaşma proseslərinin aparıldığı, Yaxın Şərqdə isə sürətli geosiyasi dəyişikliklərin baş verdiyi bir dövrdə Prezident İlham Əliyevin mesajları xüsusi əhəmiyyət daşıyır. Mahiyyət kifayət qədər aydındır: regionda hansı proseslərin baş verməsindən asılı olmayaraq, Azərbaycan və Türkiyə arasındakı müttəfiqlik sarsılmaz olaraq qalacaq. Hər iki dövlət bir-biri üçün həyati əhəmiyyət kəsb edən məsələlərdə mövqelərini bundan sonra da uzlaşdıracaq və qarşılıqlı dəstəyini davam etdirəcək. Son 30 ilin təcrübəsi də təsdiqləyir ki, Azərbaycan-Türkiyə münasibətlərinin əsasını emosional yaxınlıqla yanaşı, ortaq strateji maraqlar təşkil edir və məhz bu amil müttəfiqliyin uzunmüddətli davamlılığını təmin edir.

Əvvəlki Yazı

Nazirlər Kabineti bir sıra hüquqi -normativ aktlara dəyişiklik edəcək

Növbəti Yazı

Milli Məclisin sədri Sahibə Qafarova Qətərə səfərə gedib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.