Çin ABŞ-ın Rusiya neft və qazının əsas alıcılarına qarşı sanksiyalar tətbiq edən qanun layihəsinə qəti şəkildə qarşı çıxır. Bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cian brifinqdə ABŞ-ın yeni qanun layihəsini şərh edərkən bildirib.
“Çin beynəlxalq hüquqda heç bir əsası olmayan və BMT Təhlükəsizlik Şurası tərəfindən sanksiyalaşdırılmayan qanunsuz birtərəfli sanksiyalara qəti şəkildə qarşı çıxır”, – deyə o bildirib. (Tass)
