İyul 16, 2026-21:30
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Gürcüstan İctimai Televiziyasının təmsilçisi: Şuşa Forumu beynəlxalq media əməkdaşlığını gücləndirir

2026:07:15 - 12:49
in SİYASƏT
A A

Əvvəlcə qeyd etmək istərdim ki, Şuşa Qlobal Media Forumu çox yüksək səviyyədə təşkil olundu. Dünyanın müxtəlif ölkələrindən media nümayəndələrinin, ekspertlərin və media menecerlərinin bir araya gəlməsi fikir mübadiləsi və yeni əməkdaşlıqlar üçün dəyərli imkan yaratdı. Forumda müzakirə olunan mövzular müasir medianın qarşısında duran aktual çağırışları əhatə etdi. İnformasiyanın sərhəd tanımadığı bir dövrdə media arasında əməkdaşlıq, təcrübə mübadiləsi və ortaq yanaşmaların formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Şuşa Qlobal Media Forumu beynəlxalq media əməkdaşlığının və peşəkar dialoqun inkişafına töhfə verən mühüm platforma kimi çıxış etdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Gürcüstan İctimai Televiziyasının Azərbaycan, erməni və kürd dilli redaksiyalarının, həmçinin milli və dini azlıqlarla iş, media layihələri qrupunun rəhbəri Ramilia Əliyeva deyib.

Şuşa Qlobal Media Forumuna ev sahibliyi edən Şuşanın çox xüsusi və mənəvi dəyəri olan şəhər olduğunu deyən Teleaparıcı vurğulayıb ki, burada tarixin, mədəniyyətin və müasir inkişafın vəhdəti aydın hiss olunur. Şuşa hər səfərində daha da abadlaşmış, gözəlləşmiş və canlanmış görünür. Şəhərə həyat qayıdıb, bu gün azad və rahat nəfəs alır. Forumun təşkilatçılığı da ən yüksək səviyyədə idi ki, bu, Azərbaycanın belə mötəbər beynəlxalq tədbirlərin keçirilməsində zəngin təcrübəyə malik olduğunu göstərir. Müxtəlif ölkələrdən gələn qonaqlar üçün yaradılan şərait də bunu təsdiqləyirdi.

Onun sözlərinə görə, Forumun ən maraqlı hissələrindən biri Prezident İlham Əliyevin media nümayəndələri ilə görüşü oldu. Üç saata yaxın davam edən görüşdə təkcə media məsələləri deyil, regionun geosiyasi gündəmi, təhlükəsizlik, iqtisadi əməkdaşlıq və beynəlxalq münasibətlər də müzakirə edildi. Xüsusilə Cənubi Qafqazın gələcəyi, regional əməkdaşlıq və sabitliklə bağlı səsləndirilən fikirlər diqqət çəkdi. Prezident İlham Əliyevin jurnalistlərin suallarını açıq, səmimi və ətraflı cavablandırması müxtəlif ölkələrdən gələn media nümayəndələrinə regionla bağlı məsələləri birbaşa müzakirə etmək və Azərbaycanın mövqeyini birinci mənbədən öyrənmək imkanı yaratdı. R.Əliyevanın fikrincə, bu görüş Azərbaycanın daxili və xarici siyasət prioritetlərini beynəlxalq media nümayəndələrinə birbaşa çatdırmaqla yanaşı, Cənubi Qafqazda əməkdaşlıq, qarşılıqlı etimad və dialoqun gələcəyinə dair mühüm mesajlarla yadda qaldı.

“Prezident İlham Əliyevin Şuşadakı çıxışı bizim üçün mühüm mesajlar verdi. Bu çıxış Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlığın və mehriban qonşuluq münasibətlərinin regionun inkişafı və sabitliyində bundan sonra da mühüm rol oynayacağını bir daha təsdiqlədi. Mənim üçün, Gürcüstan nümayəndəsi kimi, xüsusilə Gürcüstanla bağlı səsləndirilən fikirlər maraqlı oldu. Azərbaycan və Gürcüstan uzun illərdir enerji, nəqliyyat, ticarət və kommunikasiya sahələrində uğurlu əməkdaşlıq edir. Bu tərəfdaşlıq təkcə iki ölkə üçün deyil, bütövlükdə Cənubi Qafqazın sabitliyi və Avropa ilə Asiya arasında əlaqələrin inkişafı baxımından da strateji əhəmiyyət daşıyır. Eyni zamanda, Azərbaycan və Gürcüstan mediası arasında əməkdaşlığın genişləndirilməsi üçün də böyük potensial var. Ortaq layihələr, təcrübə mübadiləsi və peşəkar dialoq, xüsusilə mürəkkəb geosiyasi şəraitdə və dezinformasiyaya qarşı mübarizədə hər iki tərəf üçün faydalıdır. Belə platformalar media sahəsində də strateji tərəfdaşlığın dərinləşməsinə, peşəkar əlaqələrin genişlənməsinə və qarşılıqlı etimadın möhkəmlənməsinə mühüm töhfə verir”, – deyə jurnalist qeyd edib.

Süni intellektin mediada rolu barədə danışan R.Əliyeva bildirib ki, bu texnologiya artıq jurnalistikanın ayrılmaz hissəsinə çevrilir və media fəaliyyətini daha operativ, səmərəli edir. Bununla yanaşı, informasiyanın dəqiqliyi, faktların yoxlanılması və jurnalist etikasının qorunması əsas prioritet olaraq qalmalıdır. Bu, eyni zamanda, jurnalistlər üçün həm yeni baxışlar formalaşdırır, həm də peşəkar fəaliyyət baxımından dəyərli təcrübə qazandırır. Şuşa Qlobal Media Forumu da məhz belə geniş imkanlar yaradır. Belə beynəlxalq tədbirlər yeni baxışlar qazanmağa, müxtəlif ölkələrin media təcrübəsini öyrənməyə və gələcək əməkdaşlıqlar qurmağa şərait yaradır.

“Sonda bildirmək istərdim ki, media cəmiyyətləri bir-birinə yaxınlaşdıran, xalqları bir-birinə tanıdan ən güclü vasitələrdən biridir. Dəqiq, obyektiv və məsuliyyətli jurnalistika bu gün hər zamankından daha vacibdir. İnanıram ki, Şuşa Qlobal Media Forumu gələcək illərdə də beynəlxalq media ictimaiyyətini bir araya gətirən nüfuzlu platforma kimi fəaliyyətini uğurla davam etdirəcək, yeni əməkdaşlıqların yaranmasına, peşəkar dialoqun genişlənməsinə və regionumuzda dostluq körpülərinin daha da möhkəmlənməsinə mühüm töhfə verəcək”, – deyə o əlavə edib.

 

Əvvəlki Yazı

Azərbaycanın qətiyyətli və prinsipial siyasəti Şuşadan dünyaya bir daha bəyan olundu 

Növbəti Yazı

Əl-Monitor: İsrail ABŞ-ın İranın nüvə məsələsindən imtina etməsindən qorxur

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.