Vaşinqton administrasiyası Tehranla yeni razılaşmaların əldə edilməsi perspektivlərinin olub-olmadığına qərar verəcək. ABŞ prezidenti Donald Tramp bunu Pensilvaniyada müdafiə sənayesində innovasiya mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.
“Onlar (İran hakimiyyəti ) razılığa gəlmək istəyirlər. Bizim etdiklərimizi bəyənmirlər”, – deyə Amerika lideri ABŞ-ın İslam Respublikasına qarşı zərbələrinə toxunaraq qeyd edib. “Onlarla razılığa gəlib-gəlməyəcəyimizi, yoxsa sadəcə buna son qoyacağımızı biləcəyik”, – deyə Tramp əlavə edib.
