İyul 19, 2026-22:14
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Səsi yaddaşlara, obrazları tarixlərə həkk olunan sənətkar

2026:07:16 - 15:48
in MƏDƏNİYYƏT
A A

Azərbaycan səhnəsində aktyorluq məharəti, ecazkar səsi ilə yaddaqalan obrazlar yaratmış aktyorlar çox olub. Onların sırasında Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, Ələsgər Ələkbərov, Möhsün Sənani və başqalarının adlarını qürur hissi ilə çəkə bilərik. Özünəməxsus sənəti ilə seçilənlər arasında Xalq artisti İlham Əsgərovun da öz yeri var. Onun istər klassik, istərsə də müasir qəhrəmanlarının hər biri dərin fəlsəfi, lirik, dramatik məzmun kəsb edən portretə çevriliblər.

AZƏRTAC xəbər verir ki, bu gün Xalq artisti İlham Əsgərovun anadan olmasının 68-ci ildönümü tamam olur.

1958-ci il iyulun 16-da anadan olan İlham Əsgərov 1980-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram teatrı və kino aktyoru fakültəsini bitirib. 1982-ci ildən ömrünün sonunadək Akademik Milli Dram Teatrının aktyoru olub. İstedadlı aktyor Akademik Teatrın ən populyar tamaşalarında iştirak edib. O, Azərbaycan Dövlət Radiosunun məşhur “Bulaq” verilişinin aparıcılarından biri olub.

İlham Əsgərov “Közərən ocaqlar”da Əli, “İblis”də Ərəb, “Atabəylər”də Əbubəkir, “Fəryad”da Loğman və Əmir, “Dar ağacı”nda Sabutay, “Rəqabət”də Nadir, “Büllur sarayda” Həbib, “Mahnı dağlarda qaldı”da Nicat, “Sevgililərin cəhənnəmdə vüsalı”nda Anaşkin, “Tənha iydə ağacı”nda doktor Altay, “Hökmdar və qızı”nda Məhəmməd xan, “Qarabağnamə”də İbrahim xan, “Kral Lir”də Fransa kralı, “Bu dünyanın adamları”nda Nemət Səmədzadə, “Qaraca qız”da Piri baba və digər tamaşalarda yaddaqalan obrazlar qalereyası yaradıb. O, həmçinin bir sıra bədii filmlərdə, seriallarda da unudulmaz rolları ilə tamaşaçı sevgisi qazanıb.

Onun əməyi hər zaman yüksək qiymətləndirilib. Belə ki, 2000-ci ildə Əməkdar artist, 2006-cı ildə Xalq artisti fəxri adlarına layiq görülüb.

İlham Əsgərov 2015-ci il sentyabrın 6-da Bakıda vəfat edib. O, Masallı rayonunun Xoşçobanlı kəndində dəfn olunub.

Əvvəlki Yazı

Samir Vəliyev: Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat-logistika mərkəzinə çevrilib

Növbəti Yazı

Azərbaycan və IMF inflyasiya proqnozlarını müzakirə ediblər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.