İyul 17, 2026-2:12
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycanın geosiyasi strategiyası beynəlxalq aktorlarla qarşılıqlı əməkdaşlığın inkişafına əsaslanır

2026:07:16 - 17:28
in SİYASƏT
A A

IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın dövlət maraqlarının qorunması və uzunmüddətli strateji inkişaf prioritetləri baxımından mühüm siyasi mesajlar ehtiva edir. Çıxışın əsas məzmunu göstərir ki, Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində yalnız regional proseslərin iştirakçısı deyil, həm də onların istiqamətinə təsir göstərən, milli maraqlarını müstəqil şəkildə müəyyənləşdirən və həyata keçirən dövlət kimi mövqeyini daha da möhkəmləndirmək niyyətindədir. Bu yanaşma ölkənin xarici siyasət kursunun əsasını təşkil edən suverenlik, milli maraqların üstünlüyü və balanslaşdırılmış əməkdaşlıq prinsiplərinin ardıcıl şəkildə davam etdirildiyini nümayiş etdirir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.

O bildirib ki, forum çərçivəsində səsləndirilən fikirlərdən aydın görünür ki, Azərbaycanın geosiyasi strategiyası hər hansı bir güc mərkəzindən asılılıq yaratmadan müxtəlif beynəlxalq aktorlarla qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə əsaslanır. Türkiyə ilə müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi, Çinlə hərtərəfli strateji tərəfdaşlığın genişləndirilməsi, ABŞ ilə yeni əməkdaşlıq imkanlarının formalaşdırılması, Avropa ölkələri ilə qarşılıqlı hörmətə əsaslanan münasibətlərin qorunması və Mərkəzi Asiya dövlətləri ilə inteqrasiyanın dərinləşdirilməsi Azərbaycanın çevik və çoxşaxəli xarici siyasət kursunun göstəricisidir. Belə siyasət ölkəyə dəyişən geosiyasi şəraitdə riskləri minimuma endirmək, iqtisadi və siyasi imkanlarını genişləndirmək imkanı verir.

“Prezident İlham Əliyevin Azərbaycanın artıq regional liderlik mərhələsini geridə qoyaraq “orta güc” statusuna yüksəlməsi ilə bağlı səsləndirdiyi fikirlər dövlət maraqları baxımından xüsusi əhəmiyyət daşıyır. Müasir beynəlxalq münasibətlərdə orta güc anlayışı yalnız iqtisadi və hərbi potensialla deyil, həm də diplomatik təşəbbüslər irəli sürmək, regional sabitliyə töhfə vermək, qlobal problemlərin həllində iştirak etmək və beynəlxalq gündəliyə təsir göstərmək qabiliyyəti ilə ölçülür. Azərbaycanın son illərdə həyata keçirdiyi uğurlu enerji, nəqliyyat, təhlükəsizlik və diplomatiya siyasəti ölkənin bu statusu əldə etməsi üçün real zəmin formalaşdırıb. Bu isə dövlət maraqlarının yalnız milli sərhədlərin qorunması ilə məhdudlaşmadığını, daha geniş geosiyasi və geoiqtisadi məqsədləri əhatə etdiyini göstərir. Çıxışda enerji təhlükəsizliyi və nəqliyyat-logistika layihələrinin xüsusi vurğulanması da dövlət maraqlarının mühüm istiqamətlərindən biridir”, – deyə deputat bildirib.

O qeyd edib ki, forumda informasiya təhlükəsizliyi və media diplomatiyası ilə bağlı verilən mesajlar da dövlət maraqlarının yeni istiqamətlərini ortaya qoyur. Müasir dövrdə informasiya məkanı hərbi və iqtisadi təhlükəsizlik qədər mühüm strateji sahəyə çevrilib. Azərbaycana qarşı aparılan dezinformasiya kampaniyaları, ikili standartlara əsaslanan yanaşmalar və ölkənin beynəlxalq imicinə zərbə vurmaq cəhdləri fonunda Şuşa Qlobal Media Forumunun beynəlxalq platformaya çevrilməsi Azərbaycanın informasiya diplomatiyasını gücləndirmək və milli maraqlarını qlobal auditoriyaya çatdırmaq baxımından mühüm əhəmiyyət daşıyır. Bu yanaşma informasiya mübarizəsinin artıq milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsinə çevrildiyini göstərir.

“Prezident İlham Əliyevin Avropa təsisatları ilə münasibətlərə dair səsləndirdiyi fikirlər də dövlət maraqları kontekstində qiymətləndirilməlidir. Burada əsas prinsip Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığa açıq olduğunu, lakin bu münasibətlərin qarşılıqlı hörmət, bərabərlik və daxili işlərə qarışmamaq prinsipləri üzərində qurulmalı olduğunu nümayiş etdirməkdir. İnsan hüquqları məsələsinin siyasi təzyiq alətinə çevrilməsinin qəbuledilməz olduğu vurğulanmaqla yanaşı, Azərbaycanın öz milli maraqlarını və suveren hüquqlarını müdafiə etməkdə qətiyyətli mövqeyi ortaya qoyulur. Bu yanaşma beynəlxalq münasibətlərdə dövlət suverenliyinin əsas prioritet kimi qorunmasına xidmət edir”, – deyə V.Qafarov vurğulayıb.

Onun sözlərinə görə, IV Şuşa Qlobal Media Forumunda səsləndirilən mesajlar göstərir ki, Azərbaycanın dövlət maraqları suverenliyin qorunması, müstəqil xarici siyasətin davam etdirilməsi, enerji və nəqliyyat potensialının geosiyasi üstünlüyə çevrilməsi, informasiya təhlükəsizliyinin gücləndirilməsi, milli birliyin möhkəmləndirilməsi və beynəlxalq nüfuzun artırılması kimi strateji istiqamətlər üzərində formalaşdırılır. Bütün bu amillər Azərbaycanın təkcə Cənubi Qafqazın aparıcı dövləti deyil, həm də Avrasiya məkanında siyasi, iqtisadi və kommunikasiya proseslərinə təsir göstərən etibarlı və nüfuzlu “orta güc” kimi mövqeyinin daha da möhkəmləndirilməsinə xidmət edir.

Əvvəlki Yazı

Rada deputatı Jeleznyak: Ukrayna müdafiə naziri olmadan qalmaq riski ilə üzləşir

Növbəti Yazı

Handelsblatt: Almaniya iqlim siyasətindəki uğursuzluğa görə 38 milyard avro cərimə ilə üzləşəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.