Şimali Atlantika Alyansı ölkələrinin xarici siyasət idarələrinin rəhbərləri Ukrayna-NATO Şurasının iclasında digər məsələlərlə yanaşı, Kiyevlə tərəfdaşlığın dərinləşdirilməsi məsələsini də müzakirə ediblər. Bu barədə ABŞ dövlət katibi Entoni Blinken məlumat verib.
“NATO alyansı vahid olaraq qalır. Biz xarici işlər nazirlərinin görüşü zamanı bir çox müxtəlif məsələləri müzakirə etdik – gələn il Vaşinqtonda keçiriləcək [alyansın] sammitinə dair gözləntilərimizdən tutmuş, Ukrayna ilə tərəfdaşlığın dərinləşdirilməsi yollarına, eləcə də NATO-ya dəstək məsələsinə qədər. Qərbi Balkanların Avro-Atlantik gələcəyi.” – Amerikanın baş diplomatı X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
ABŞ dövlət katibi Brüsseldə baş tutan müzakirələrin təfərrüatlarını açıqlamayıb.