Qətər hakimiyyəti İsrail mediasının əmirliyin İrana qarşı hərbi əməliyyatlarda iştirak etməyə razılıq verdiyinə dair iddialarını qəti şəkildə təkzib edir. Bu barədə ərəb dövlətinin beynəlxalq media ofisinin bəyanatında bildirilir.
Bəyanatda vurğulanır ki, “Beynəlxalq Media Ofisi Qətər Dövlətinin İsrail mediasının Qətərin İran İslam Respublikasına qarşı hərbi əməliyyatlarda iştirak etməyə razılıq verdiyini iddia etdiyi yalan məlumatları qəti şəkildə rədd etdiyini bildirir. Bu iddialar Qətər Dövlətini münaqişəyə cəlb etmək, onun vasitəçilikdəki əsas rolunu zəiflətmək və regionu daha da gərginləşməyə və xaosa doğru itələmək istəyən şəxslər tərəfindən yayılıb”.
Bu kontekstdə nazirlik qeyd edir ki, Qətər rəsmiləri münaqişənin əvvəlindən Dohanın “qonşu ölkələrin heç birinə qarşı heç bir hərbi əməliyyatda iştirak etmədiyini və iştirak etməyəcəyini” dəfələrlə vurğulayıblar. (Tass)
