İyul 19, 2026-22:07
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Vaqif Poeziya Günləri çərçivəsində Şuşada Xaqani Şirvaninin 900 illiyi qeyd olunub

2026:07:17 - 13:02
in MƏDƏNİYYƏT
A A

Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilən Vaqif Poeziya Günləri çərçivəsində iyulun 17-də Şuşadakı Mehmandarovların malikanə kompleksində böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən yazıçı-dramaturq, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi İlqar Fəhmi “Sözün Xaqanı – Xəlqaniyəm, Xəlqani” mövzusunda təşkil edilən elmi konfrans barədə məlumat verib.

Bildirilib ki, tədbir Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və AYB-nin birgə təşkilatçılığı ilə baş tutur. Diqqətə çatdırılıb ki, Qarabağ işğaldan azad olunduqdan sonra Vaqif Poeziya Günləri yenidən öz doğma məkanına qayıdıb və artıq bu ənənə daha da zəngin məzmunda davam etdirilir.

“Builki proqram müxtəlif mövzuları əhatə edən maraqlı tədbirlərlə zəngindir. Vaqif Poeziya Günləri çərçivəsində ölkədə yubileyləri qeyd olunan görkəmli söz və sənət adamlarının xatirəsinə həsr edilən silsilə tədbirlər təşkil olunur. AMEA və AYB-nin birgə təşkilatçılığı ilə həyata keçirilən bu görüşlər ölkənin mədəni həyatında mühüm ədəbi hadisələrin əsas platformalarından birinə çevrilib”, – deyə İ.Fəhmi əlavə edib.

Daha sonra konfransda çıxış edən AMEA-nın əməkdaşları Xaqani Şirvaninin zəngin ədəbi irsi, Şərq fəlsəfəsinə və poeziyasına bəxş etdiyi dəyərli incilər barədə ətraflı məruzələrlə çıxış ediblər.

Əvvəlki Yazı

Azərbaycanın xor sənəti İstanbulda beynəlxalq festivalda təqdim olunub

Növbəti Yazı

Qubada yerləşən dini ibadətgahlara mediatur təşkil edildi

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.