İyul 31, 2026-16:58
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Milli Məclisin nümayəndə heyəti Levkoşada görüşlər keçirib

2026:07:20 - 10:12
in SİYASƏT
A A

Kiprdə yaşayan türklərə qarşı sistematik təzyiqlərin və qırğınların qarşısını almaq məqsədilə Türkiyə ordusunun 1974-cü ildə həyata keçirdiyi Kipr Sülh Hərəkatının 52-ci ildönümü münasibətilə Levkoşaya səfər edən Milli Məclisin nümayəndə heyəti Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Məclisinin sədri Ziya Öztürklər və ŞKTC-nin Baş naziri Ünal Üstel ilə görüşlər keçirib.

AZƏRTAC xəbər verir ki, ilk görüş ŞKTC Məclisinin sədri Ziya Öztürklərlə baş tutub.

Görüşdə Milli Məclisin Azərbaycan–ŞKTC parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev, Azərbaycan–Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev, Ailə, qadın və uşaq məsələləri komitəsi sədrinin müavini Jalə Əliyeva, deputatlar Ağalar Vəliyev və Heydər Əsədov iştirak ediblər.

Görüş zamanı Azərbaycan ilə ŞKTC arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb.

ŞKTC Məclisinin sədri siyasi və mənəvi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Milli Məclisin sədri Sahibə Qafarovaya Şimali Kipr türk xalqı adından minnətdarlığını ifadə edib.

Milli Məclisin Azərbaycan–ŞKTC parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev isə öz növbəsində bildirib ki, ölkələrimiz arasında münasibətlər dostluq və qardaşlıq prinsipləri əsasında bütün istiqamətlər üzrə uğurla inkişaf edir.

Milli Məclisin nümayəndə heyəti daha sonra Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel tərəfindən qəbul edilib.

Ünal Üstel Azərbaycana səfərlərini xatırladaraq Prezident İlham Əliyevə, Baş nazir Əli Əsədova və Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkürünü bildirib.

Görüş zamanı Azərbaycan ilə Şimali Kipr arasında iqtisadi-ticari əlaqələrin, həmçinin təhsil, turizm və səhiyyə sahələrində əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensial ətrafında fikir mübadiləsi aparılıb.

Əvvəlki Yazı

AP: İran münaqişəsində ABŞ hərbçilərinin ümumi itkilərinin sayı 17-yə çatıb

Növbəti Yazı

Kəlbəcərə dolu düşüb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.