Avqust 1, 2026-23:27
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

“İnnovasiya və Süni İntellekt” təqaüd proqramının qalibi gələcək hədəflərindən danışıb

2026:07:20 - 11:16
in SOSİAL
A A

Süni intellekt sahəsinə marağım ötən il “Huawei Seeds for the Future 2025” proqramında iştirak etdikdən sonra daha da artdı. Proqram çərçivəsində süni intellektin texnologiyanın inkişafında, cəmiyyətin müxtəlif sahələrində yaratdığı imkanları və gələcəyin formalaşmasındakı rolunu yaxından müşahidə etdim. Daha sonra Gənclər Fondunun təşkil etdiyi “İnnovasiya və Süni İntellekt” təqaüd proqramına müraciət etdim və qaliblərdən biri seçildim. Azərbaycana qayıtdıqdan sonra özümə söz verdim ki, bu sahədə bilik və bacarıqlarımı inkişaf etdirəcək, ölkəmizdə süni intellekt ekosisteminin formalaşmasına töhfə verən xanım mühəndislərdən biri olacağam.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında ADA Universitetinin kompüter elmləri ixtisası üzrə məzunu Zülfiyə Səfərli deyib.

Qalib vurğulayıb ki, “İnnovasiya və Süni İntellekt” təqaüd proqramının qalibi olmaq onun üçün həm böyük qürur, həm də məsuliyyətdir: “Bu uğur göstərdiyim zəhmətin qiymətləndirilməsi olmaqla yanaşı, mənə daha böyük hədəflərlə irəliləmək üçün motivasiya verdi. Proqram sayəsində süni intellekt sahəsində biliklərimi daha da dərinləşdirmək, bu istiqamətdə çalışan peşəkarlarla tanış olmaq və gələcək layihələr üzərində işləmək üçün imkan qazandım. İnanıram ki, bu proqram mənim peşəkar inkişafımda mühüm rol oynayacaq”.

Gələcək fəaliyyət istiqamətlərindən danışan Z.Səfərli bildirib ki, süni intellekt sahəsində ixtisaslaşaraq problemlərin həllinə yönəlmiş innovativ layihələr hazırlamağı qarşısına məqsəd qoyub. Onun sözlərinə görə, xüsusilə təhsil, səhiyyə və sosial rifah sahələrində insanların həyat keyfiyyətini yaxşılaşdıracaq süni intellekt həllərinin hazırlanmasına töhfə vermək, eyni zamanda, əldə etdiyi bilik və təcrübəni bölüşərək Azərbaycanda süni intellekt ekosisteminin inkişafına və yeni nəsil mühəndislərin yetişməsinə dəstək olmaq niyyətindədir.

Gənclərə müraciət edən qalib davamlı öyrənməyin və yeni çağırışlardan çəkinməməyin vacibliyini vurğulayıb: “Beynəlxalq proqramlarda, müsabiqələrdə və tədqiqat layihələrində iştirak etmək həm texniki biliklərin artırılmasına, həm də dünyagörüşünün genişlənməsinə və gələcək karyera imkanlarının yaranmasına mühüm töhfə verir”.

Qeyd edək ki, bu günlərdə Gənclər Fondunun və “Bakcell” şirkətinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “İnnovasiya və Süni İntellekt” təqaüd proqramının 25 qalibi müəyyənləşib.

 

 

Əvvəlki Yazı

Əl-Cəzirə: İranın daxili işlər naziri Pakistan prezidentinin mesajını çatdıracaq

Növbəti Yazı

İRNA: ABŞ-ın İranın qərbində hava hücumları nəticəsində bir nəfər həlak olub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.